Page 248 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 248
Ïàòðèê Ìîäèàíî
Mortye bulvarı cәnuba doğru üzüaşağı gedir. 1996-cı ilin 28
aprel günü mәn ora bax bu yolla gәlib çıxdım: Arxivlәr küçәsiylә.
Bretan küçәsiylә, Fiy-de-Kalver küçәsiylә. Sonra Oberkampf
küçәsiylә üzüyuxarı.
Sol tәrәfdәn işıq zolağı açılır, sıra ağaclar Pireneylәr küçәsi
boyunca uzanıb gedir. Menilmontan küçәsi, 140 nömrәli evin
hündür korpusları qızmar günәşin altında boş görünürdülәr. Sen-
Farqo küçәsinin axırında mәnә elә gәldi ki, sanki baxımsız boş
bir kәndin içiylә gedirәm.
Mortye bulvarı başdan-başa çinarlıqdır. Bulvarın Lila zasta-
vasının yanında qurtardığı yerdә Turel kazarmasının binası hәlә
dә durur. Hәmin bazar günü bulvar bomboş idi vә elә bir dilsiz
sükuta qәrq olmuşdu ki, mәn çinarların astadan necә xışıldadığını
eşidirdim.
Turelin keçmiş kazarması hündür hasarla әhatә olunub, divarın
arxasından korpuslar görünür. Divar uzunu irәli addımladım, ha-
sarın üstündә lövhә görüb oxudum:
HƏRBİ ZONA. ŞƏKİL ÇƏKMƏK
QADAĞANDIR
Fikirlәşdim: heç kәs heç nәyi xatırlamır. Divarın o üzündә –
heç kәsinki olmayan torpaq, boşluq vә unudulma zonası. Köhnә
kazarma korpuslarını Pikpüs küçәsindәki pansionat kimi
sökmәmişdilәr, amma nә fәrqi var?
Bununla belә, amneziyanın qalın qatı arasından hәrdәnbir elә
bil nәsә uzaq, boğuq bir әks-sәda eşidilir. Heç kәs izah edә bil-
mәz ki, bu nә sәsdir vә hardan gәlir. Bu ona bәnzәyir ki, maqnit
zonasına düşmüsәn, intәhası dalğaları tuta bilәcәk cihazın yoxdur.
Ona görә dә sәni şübhә vә vicdan әzabından qurtarmaq üçün
divara lövhә vurmuşdular: “Hәrbi zona. Şәkil çәkmәk qadağandır”.