Page 251 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 251
Äîðà Áðöäåð 251
xırda-xuruş alverlә dolanırdı: aksiz müәssisәsinin gözündәn ya-
yınıb avtomexaniklәrә benzin satırdı, spirtli içkilәr satırdı, cürbәcür
belә şeylәr satırdı. Tәbii ki, rüsum ödәmәdәn.
Ayrılarkәn nimdaş mallar alverçisi dostcasına xatırlatdı ki,
hәrgah mәndә satmağa yenә nәsә olsa, onu Jarden-Sen-Pol küçә-
sindә tapa bilәrәm. Bunu deyәndәn sonra mәnә әlavә yüz frank
da verdi, – yәqin, cavan oğlanın bu dәrәcәdә sadәlövhlüyü, tәbii-
liyi onu tәsirlәndirmişdi.
Mәn onun sifәtini unutmuşam. Yalnız adı yadımdadır. Bu
adamın orda, Düzәnlik deyilәn mәhәllәdә, Klinyankur zastavasının
yanında Dora Brüderi tanıması tamamilә mümkün idi. Ola bilsin,
qızın evdәn qaçması barәdә mәnә çox şey danışa bilәrdi…
Bilmәdәn böyründәn yan ötüb-keçdiyimiz nә qәdәr tәsadüflәr,
görüşlәr, üst-üstә düşәn mәqamlar var… Bu barәdә mәn ötәn
payız, tәzәdәn Jarden-Sen-Pol küçәsinә gәlәrkәn düşündüm.
Dәmir pәrdәsi pas tutmuş anbar daha yox idi, qonşudakı evlәri isә
tәzәdәn tikib düzәltmişdilәr. Mәn yenә boşluq hiss etdim, amma
indi bu boşluğun nәdәn qaynaqlandığını bilirdim: mәhәllәdәki
evlәrin çoxunu müharibәdәn sonra hökumәtin qәrarıyla planlı vә
mәqsәdyönlü şәkildә burdan köçürtmüşdülәr… Tәmizlәnmәyә
mәruz qalmış әrazilәrә hәtta ad vә nömrә dә vermişdilәr: sahә 16.
Mәn bir neçә fotoşәkil tapdım, onlardan biri tәkrәqәmli tәrәfdәki
evlәrin hәlә yerindә olduğu Jarden-Sen-Pol küçәsinin fotosu idi.
Digәr fotoda – Sen Jerve kilsәsiylә yanaşı olan San arxiyepiskopunun
malikanәsi әtrafındakı yarıuçuq bina әks olunmuşdu. Daha bir
foto: Sena sahilindәki boş sahә vә artıq heç nәyә yaramayan
sәkilәrin arasıyla addımlayan adamlar – Nonnen-d-İer küçәsindәn
qalan yalnız bu yararsız sәkilәr idi. Orda küçәni adda-budda öz
әvvәlki mәcrasından çıxarıb yeni evlәr tikmişdilәr.
Hamar fasadlar, kvadrat pәncәrәlәr, amneziya rәngli beton.
Fәnәrlәrdәn süzülәn soyuq işıq. Hәrdәnbir skamya, bağ, süni
yarpaqlı dekorativ ağaclar gözә dәyir. Tәkcә Turel kazarmasının