Page 256 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 256
rüşdü, bir neçә gün bir yerdә oldular, qızları isә hәmin vaxt
Turel hәbsxanasında idi. Sesil Brüderi Dransidәn iyulun 23-dә
azad elәdilәr – yәqin o sәbәbdәn ki, Budapeştdә doğulmuşdu;
Macarıstanda doğulan yәhudilәri deportasiya etmәk barәdә hәlә
hökumәtin әmri-sәrәncamı yox idi.
Görәsәn, 1942-ci ilin yayında, cümә axşamı, yaxud bazar
günlәrinin hansındasa Doraya baş çәkmәk anasına qismәt ol-
muşdumu? 1943-cü ilin 9 yanvar günü o yenidәn Dransiyә düşdü
vә 11 fevral dustaqlarının partiyasında Osvensimә göndәrildi –
әrindәn vә qızından beş ay sonra.
Şәnbә günü, sentyabrın 19-da, Doranın vә atasının Fransanı
tәrk etdiyi günün ertәsi, “Reyu” kinoteatrında törәdilәn terror
aktından sonra işğalçı hakimiyyәt әhalidә qorxu yaratmaq niyyәtilә
paytaxtda komendant saatı tәtbiq etdi. Saat üçdәn növbәti günün
sәhәrinә qәdәr heç kәsә küçәyә çıxmağa icazә verilmirdi. Şәhәr
bomboş idi, sanki Dora ilә xudahafizlәşirdi.
Vә bu gün Doranın izlәrini tapmağa çalışdığım hәmin Parisdә,
eynәn hәmin gün olduğu kimi, bir boşluq vә sakitlik hökm sürür.
Mәn adamsız küçәlәrlә addımlayıram. Mәnimçün bu küçәlәr
axşamlar camaatın metroya tәlәsdiyi qәlәbәlik vaxtı da boşdur.
Mәn o qız barәdә düşünmәyә bilmirәm vә Doranın addım sәslәrini
gah bu, gah o biri mәhәllәdә eşidirәm. Bu günlәrdә hәmin addım
sәslәrini mәn Şimal vağzalının yaxınlığında eşitdim.
Vә mәn heç vaxt öyrәnә bilmәyәcәm ki, Dora öz günlәrini
necә keçirir, harda gizlәnirdi: ilk dәfә qaçdığı hәmin o qış
aylarında kimin yanındaydı, ikinci dәfә qaçdığı yaz fәslinin bir
neçә hәftәsini kiminlә birgә olmuşdu. Bu onun sirridir. Kiçik,
lakin qiymәtli sirr. Vә bu sirri heç kәs – nә cәlladlar, nә tәlimatlar,
nә adına işğalçı deyilәn hakimiyyәtlәr, nә dә Tarixin vә Zamanın
bizi çirkaba batırıb murdarlayan, sonra da mәhv edәn hәbsxanaları,
kazarmaları, düşәrgәlәri – onun әlindәn ala bilmәz.