Page 254 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 254
Ïàòðèê Ìîäèàíî
ilkin saxlama mәntәqәsinә salmışdılar. Ordan da Turelә
göndәrmişdilәr. Avqustun 13-dә isә – hamısını yollamışdılar
Dransi düşәrgәsinә. Bәs bu “yәhudi rәfiqәlәr” hansı peşәnin
sahiblәriydi? Biri kağız zavodunun işçisiydi, biri qәzetsatan, biri
xadimә, biri poçtalyon, qalanları da makinaçı vә tәlәbә qızlardı.
Avqustda hәbslәr elliklә oldu. İndi qadınları heç ilkin saxlama
mәntәqәlәrinә dә gәtirmirdilәr, tutan kimi birbaşa Turelә aparırdılar.
On çarpayılıq kameraya iyirmi adam doldururdular. Sıxlıqda, dözülmәz
boğanaqda hәyәcanlar artırdı. Hamısı başa düşürdü ki, Turel – yalnız
çeşidlәmә stansiyasıdır vә istәnilәn an onları hara gәldi yollaya, adını
heç kәsin bilmәdiyi namәlum yerlәrә göndәrә bilәrlәr.
Hәrәsindә yüz nәfәr yәhudi qadın olan iki partiyanı Dransi
düşәrgәsinә hәlә iyulun 19-da vә 27-dә göndәrmişdilәr. Onların
sırasında Turelә Dora ilә eyni gündә, ola bilsin, eyni maşında
gәtirilmiş on sәkkiz yaşlı polyak qız Raka İzrailoviç dә vardı.
Çox ehtimal ki, Dora ilә bu qız kamera qonşusuydular.
Avqustun 12-si axşamı belә bir şayiә yayıldı ki, bütün yәhudilәri
vә adına “yәhudi rәfiqәlәr” deyilәn qadınları sabah Dransiyә
göndәrәcәklәr.
Avqustun 13-ü saat ondan başlayaraq kazarmanın hәyәtindәki
şabalıd ağaclarının altında qurtarmaq bilmәyәn adbaad yoxlamalar
keçirildi. Şabalıd ağaclarının altındakı elә hәmin yerdәcә onlar
sonuncu dәfә sәhәr öynәsini yedilәr. Yemәk payları az idi; o dә-
rәcәdә az ki, yeyәndәn sonra doymaq әvәzinә lap acır, daha çox
yemәk istәyirdin.
Avtobuslar gәldi. Onların sayı çox idi, mәnim bildiyim qәdәr,
oturmaq üçün hәr bir dustağa yer çatırdı. Doraya da. Cümә axşamı,
görüş verilәn günüydü. Motosikletli polislәrin әhatәsindә maşın
karvanı yerindәn tәrpәndi. Avtobusların getdiyi yol bu gün Ruassi
aeroportuna aparan hәmin yoldur. Üstündәn әlli ildәn artıq vaxt
keçib. Bağ evlәrini söküb avtostradaya yol açıblar. Şimal-şәrq
istiqamәtindәki şәhәrkәnarı qәsәbәlәrin simasını dәyişәrәk, eynәn