Page 255 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 255
Äîðà Áðöäåð 255
keçmiş 16-cı sahә kimi, onları bacardıqca bozlaşdırmağa çalışıblar
ki, heç nәyi yada salmasınlar. Amma aeroport yolundakı göy rәngli
yol göstәricilәrindә әvvәlki adları oxumaq hәlә dә mümkündür:
DRANSİ, ROMENVİL.Avtostradanın qırağında, Banyole zastavasının
yaxınlığında isә o vaxtların bir parçası – üzәrindәki DÜRMOR
yazısı aydın görünәn sınıq-salxaq taxta saray salamat qalıb.
Dransidәki o basırıq vә qәlәbәlikdә Dora hәlә martdan ora
yerlәşәn atasıyla görüşmüşdü. Hәmin avqust ayında Dransi
düşәrgәsi – Turel kimi, ilkin saxlama hәbsxanası kimi, hәr gün
ora gәtirilәn qadın vә kişilәrin yeni partiyaları ilә dolurdu. Azad
zonadan yük qatarlarıyla minlәrlә adam daşınırdı. Pitivye vә Bon-
la-Roland düşәrgәlәrindәn bura uşaqlarından ayrı salınmış yüzlәrlә
qadın, avqustun 15-dә isә analarından zorla ayırdıqları dörd min
uşaq gәtirmişdilәr. Onları Pitivyedәn vә Bon-la-Rolanddan apararkәn
paltarlarının üstünә çoxunun adı tez-tәlәsik yazıldığından heç
oxumaq da mümkün deyildi. Namәlum uşaq №122. Namәlum
uşaq №146. Üç yaşlı qızcığaz. Adı Monika. Soyadı namәlum.
Düşәrgә ağzınacan doluydu vә azad zonadan yenilәrinin
gәlәcәyi gözlәnildiyindәn, rәhbәrlik avqustun 2-dә vә 5-dә bütün
Fransa yәhudilәrini Dransidәn Pitivyeyә köçürmәk qәrarı vermişdi.
Turelә Dora ilә eyni gündә gәtirilmiş on altı-on yeddi yaşlı
hәmin o dörd qız – Klodina Vinerbett, Zeliya Strolis, Marta Nax-
manoviç vә İvonna Pitun da ümumi sayı min beş yüz nәfәr olan
Fransa yәhudi qadınlarının partiyasına daxil edilmişdi. Yәqin elә
güman edirdilәr ki, Fransa tәbәәsi olmaları onların karına gәlәcәk.
Elә Dora da Fransa tәbәәsi idi vә Dransini onlarla bir yerdә tәrk
edә bilәrdi. Qızın bunu niyә etmәdiyini fәrz etmәk çәtin deyil: o,
atasıyla qalmağa üstünlük vermişdi.
Hәr ikisi – ata da, qız da – Dransini sentyabrın 18-dә tәrk et-
di: onlar minlәrlә digәr kişi vә qadınla birgә Osvensimә göndәrildilәr.
Doranın anası Sesil Brüder 16 iyul 1942-ci ildә, böyük tutqu
günü hәbs olundu, dәrhal da Dransiyә düşdü. Qadın orda әriylә