Page 253 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 253
Äîðà Áðöäåð 253

uşaqların hamısının tәlәffüzündә Paris lәhcәsi duyulurdu vә bu
qәmciyәzliyi haçansa Jan Jene dә hiss etmişdi.

Dora hәbsdә yatarkәn Turelә bağlama göndәrmәyә icazә
vardı, görüş isә yalnız cümә axşamları vә bazar günlәri mümkün
idi. Bir dә çәrşәnbә axşamları ibadәtә izn verilirdi. Sәhәr saat
sәkkizdәn jandarmlar adbaad yoxlama keçirirdi – bu zaman dus-
taqlar öz çarpayılarının ayaq tәrәfindә mil kimi dümdüz dayan-
malıydılar. Yеmәkxanada sәhәr yemәyi adına yalnız kәlәm veri-
lirdi. Bundan sonra onları kazarmanın hәyәtindә gәzintiyә çı-
xarırdılar. Şam yemәyi axşam saat altıya tәyin edilmişdi. Bu vaxt
yenidәn adbaad yoxlama keçirilirdi. Duş qәbulu iki hәftәdәn bir
olurdu, özü dә dustaqlar ora jandarmların müşayiәti ilә iki-iki
aparılırdı. Fit sәsi. Gözlәnti. Görüş heç dә hamı üçün deyildi,
hәbsxana direktoruna yazılı şәkildә müraciәt etmәk vә gözlәmәk
lazım idi ki, görüşә icazә verilәcәk, ya yox. İcazә verilirdisә,
onda günortadan sonra, özü dә yalnız yemәkxanada görüşә bilәr-
din. Jandarmlar görüşә gәlәnlәrin çantalarını eşәlәyib yoxlayır,
bağlamaları açıb-tökürdülәr. Çox vaxt görüş lәğv olunurdu, özü
dә elә-belә, sәbәbsiz-filansız. Görüşün lәğv edildiyini dustaqlar
görüş tәyin edilәn vaxta cәmisi bir saat qalmış bilirdilәr.

Tureldә Doranın tanış ola bilәcәyi qadınlar arasında almanların
“yәhudi rәfiqәlәri” adlandırdığı qadınlar da vardı: iyunda,
yәhudilәrә sarı ulduz taxmaq göstәrişi verilәn birinci gün özlәrindә
cәsarәt tapıb hәmrәylik naminә vә işğalçı hakimiyyәtә meydan
oxuyurcasına yaxalarına sarı ulduz taxan, özü dә bunu elә-belә
yox, şüurlu şәkildә edәn onlarla fransız, yәni, “ari” qadın.

Qadınlardan biri ulduzu öz itinin xaltasına taxmışdı. Başqa
bir qadın ulduzun üzәrinә PAPUAS sözünü yazıb tikmişdi.
Üçüncüsü isә yazmışdı: CANNİ. Bir qadın götürüb öz kәmәrinә
altı ulduz taxmışdı, hәrәsinin üstünә dә bir hәrf tikib söz
düzәltmişdi: QƏLƏBƏ. Onları küçәlәrdә hәbs edib yaxınlıqdakı
polis sahәlәrinә gәtirmiş, sonra polis prefekturasının nәzdindәki
   248   249   250   251   252   253   254   255   256   257   258