Page 252 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 252
Ïàòðèê Ìîäèàíî
divarına vurulan lövhә çatışmırdı: “Hәrbi zona. Şәkil çәkmәk
qadağandır”. Ya da yәqin ki, belә bir lövhә bura üçün az görün-
müşdü. Hә, buralarda hәr şeyi uçurdub әvәzindә qutu evciklәr
tikmişdilәr – onlar isә çәtin ki, nәyisә xatırlatsınlar.
Jarden-Sen-Pol küçәsindә otuz il qabaq gördüyüm divar
kağızları, divar kağızının qırıqları… axı bunlar hamısı otaqların
izi idi, hәmin otaqlarda isә haçansa adamlar yaşamışdı: 1942-ci
ilin iyul günlәrinin birindә polislәrin aparmağa gәldiyi Dora
Brüderin yaşıdı olan oğlan vә qız uşaqları…
Onların adlarından sonra siyahıda eyni küçәlәrin adları gәlirdi
vә bu adlar hеç vaxt dәyişmirdi. İndiki evlәrin nömrәlәri, indiki
küçәlәrin adları isә bir-birinә heç nә ilә bağlı deyil.
On yeddi yaşımda Turel mәnim üçün yalnız Jan Jenenin
“Qızılgül möcüzәsi” kitabının axırında rast gәldiyim bir ad idi.
Müәllif sadәcә olaraq kitabın yazıldığı yeri göstәrmәk istәmişdi:
SANTE. TUREL HƏBSXANASI, 1943. Özü dә orda yatmışdı.
Cinayәt maddәsi üzrә. Dora Brüderi aparandan az sonra. Demәli,
onların görüşmәsi tamamilә mümkün idi.
“Qızılgül möcüzәsi” tәkcә Doranı yerlәşdirmәk istәdiklәri
çәtin yeniyetmәlәr üçün tәrbiyә evinә bәnzәr Metre islah koloniyası
barәdә xatirәlәrdәn ibarәt deyil. Ancaq bu kitab, – indi mәnim
düşündüyüm kimi, – hәm dә Sante vә Turel hәbsxanaları
barәsindәdir. Kitabdan bütöv ifadәlәri әzbәrdәn söylәyә bilәrәm.
İndi biri yadıma düşür: “Bu uşaqdan mәn öyrәndim ki, Paris ar-
qosunun әsl mahiyyәti – qәmciyәzli zәriflikdir”. Bu ifadә mәnim
tәsәvvürümdә Doraya o qәdәr uyğundur ki, mәn az qala bu qızı
tanıdığımı zәnn edirәm. Onların hamısını – polyak, rus, rumın
adı olan bütün bu uşaqları sarı ulduz taxmağa mәcbur edirdilәr.
Amma onlar o dәrәcәdә parisliydilәr vә elә qaynayıb-qarışmışdılar
ki, hәrdәn evlәrin fasadlarından, sәkilәrdәn, yalnız Parisdә rastlaşa
bilәcәyin boz rәngin sonsuz çalarlarından seçilmirdilәr. Dora
Brüderdә olduğu kimi, öz danışığına arqo sözcüklәri qatan hәmin