Page 247 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 247
Äîðà Áðöäåð 247
kölgә salan ağaclar da mәhz ordaydı. İrәli getdikcә isә küçәnin
dәyişmәdiyini, elәcә qaldığını görürsәn – hәm bu üzdә, hәm dә
üzbәüzdәki cütrәqәmli tәrәfdә.
Pәncәrәlәri “Mәryәmin Müqәddәs Ürәyi” pansionunun bağına
baxan 48-bis nömrәli evdә iyul sәhәri polislәrin doqquz uşağı vә
yeniyetmәni hәbs etdiyinә indi adamın heç inanmağı da gәlmir.
Dora isә hәmin vaxt artıq Turel hәbsxanasına salınmışdı. Açıq
rәngli altımәrtәbәli ev. Hәr mәrtәbәnin qıraq tәrәfindә iki iri,
onların da arasında iki xırda pәncәrә. Qonşuluqdakı 40 nömrәli
bozumtul ev bir az içәridә, kәrpic hasarın әhatәsindәdir. Pansionun
divarı görünәn üzbәüz tәrәfdәki bir neçә balaca ev qabaqlar
necәydisә, elәcә dә durur. Pikpüs küçәsinin önündәki 54 nömrәli
evdә mәn bir kafe tapdım, sahibi dә madmazel Lentsi.
Vә hәr şeyi dәqiq bildiyimi qәfildәn anladım: mәnә çatdı ki,
qaçdığı hәmin axşam Dora pansionatdan mәhz Qar-de-Reyi
küçәsiylә getmişdi. Pansionun divarı boyunca mәn onun hasar
uzunu necә getdiyini gördüm. Bәlkә ona görә ki, küçәnin adı elә
qaçmağı yada salırdı?
Küçәylә getmәyә başladım vә bir müddәtdәn sonra ürәyimi
mәyusluq bürüdü – bu, pansiona qayıtmağın lazım gәldiyi hәmin
o bazar gününün mәyusluğu idi. Əminәm ki, Dora metrodan
“Nasyon” stansiyasında çıxmışdı: darvazadan içәri girmәk,
hәyәtdәn keçib-getmәk mәqamını uzadırdı. Bir az da gәzmişdi,
gözünә dәyәn yerlәrdә, әtraf küçәlәrdә veyillәnmişdi. Qaranlıq
düşürdü. Sen-Mande küçәsindәki ağacların kölgәsi әcәb sakitlik
idi. Amma orda çәmәnliyin olub-olmaması mәnim yadımda deyil.
Bax bu da metronun “Pikpüs” stansiyası. Köhnә giriş. Bәlkә
hәrdәn o, metrodan elә burda çıxırdı? Sağa, Pikpüs bulvarına bu-
rulmaq olardı. Ora Sen-Mande küçәsindәn daha soyuq, daha
cansıxıcıdır. Deyәsәn, heç ağaclar da yoxdu. Bazar axşamı geri
qayıtmaq adamı necә dә tәklәyir!