Page 259 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 259
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 259

Dominikÿ ithaf olunur

Ènanmıram ki, şәcәrәsindә dörd nәsli dәqiq izlәyәn elә bir

ailә tapıla ki, hansısa yarımifik titula, qәsrә, yaxud malikanәyә
iddiaçı olmaya; bu iddialara heç bir mәhkәmә baxmaz, lakin
әvәzindә onlar adamın tәxәyyülünә tәskinlik verir, onun bekarçılıq
saatlarını bәzәyir. İnsanın öz keçmişinә iddiaları isә daha şübhәlidir.

R.L.Stivenson. “Yuxular haqda fәsil”
O zamanlar teatr qastrolları ilә yalnız Fransa, İsveçrә vә
Belçikaya deyil, Şimali Afrikaya da sәfәrlәr edirdilәr. Mәnim on
yaşım vardı. Anam öz tamaşalarıyla qastrola yollanmışdı, biz –
qardaşımla mәn isә Paris kәnarında, anamın rәfiqәsinin yanında
yaşayırdıq.
Sarmaşığa bürünmüş ikimәrtәbә ev. Qabağa çıxmış iri pәncәrә,
ingilislәr kimi desәk, bau-vindovsu, yәni irәli çıxan iri pәncәrәlәri
sanki qonaq otağını bir az da uzadır, böyüdürdü. Birinci terrasın
lap dәrinliklәrindә doktor Gilyotenin qaymaqçiçәyinә bürünmüş
mәzarı vardı. Görәsәn, o da bu evdә yaşayırdı? Bәlkә elә baş
kәsmәk üçün makinasını da elә burda kәşf edib?.. Vә lap yuxarıda
da iki alma, bir armud ağacı bitirdi.
Qonaq otağındakı likör qrafinlәrindәn gümüş zәncirlәrlә
asılmış minalı lövhәlәrdә onların adı yazılmışdı: “İzarra”, “Şerri”,
“Kürasao”. Bağdan bu yana, hәyәtin ortasındakı quyu doqquzdon
kolları arasında itib-batmışdı. Qonaq otağının pәncәrәsinin
qabağında girdә, tәkayaq masada telefon dururdu.
Dәmir barmaqlıqları olan çәpәr Doktor Durden küçәsindә
yoldan azacıq aralı evin fasadını sanki gizlәyirdi. Çәpәri bir dәfә
   254   255   256   257   258   259   260   261   262   263   264