Page 261 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 261
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 261

Bizim yaşadığımız binada yalnız qadınlar qalırdı.
Balaca Elen tәxminәn qırx yaşında qarasaç, almacıq sümüklәri
qabarıq, hündür alınlı qadın idi. Boyunun balacalığı elә bil onu
biz uşaqlara simsarlaşdırırdı. Ayağındakı zәdәsinә görә bir balaca
axsamağı vardı. Bir zamanlar at sürürmüş, çapar imiş, sonra
akrobatlıq edib vә bizim nәzәrimizdә bu qadının özünәmәxsus
aurası vardı. Qardaşımla mәn sirki özümüz üçün bir günorta,
Medranoda kәşf etdik vә elә o zamandan sirk ustası olmaq
arzusundaydıq. O, bizә danışdı ki, artıq çoxdan işlәmir, albomunu
göstәrdi – içindә çapar, akrobat kostyumunda çәkdirdiyi şәkillәri,
üzәrindә Elen Toş yazılmış müzik-holl proqramları olan albomunu.
Mәn hәmin albomu ondan tez-tez istәyir, gecә yatmamışdan
vәrәqlәyirdim.
Onlar üçlükdә gülmәli bir trio tәşkil edirdilәr, – o, Anni, bir
dә Anninin anası, Matilda F. Anninin qısa saçları sarışın, burnu
düz, gözlәri açıq rәngdәydi, incә, şirin sifәti vardı. Lakin әynindәki
kobud geyimi suyuşirin simasına heç uyuşmurdu. Bәlkә dә bu,
bütün gün әrzindә çıxmadığı qara, çox dar şalvarla geydiyi
gödәkçәyә görә idi – köhnә qәhvәyi kişi gödәkcәsinә görә.
Axşamlar isә çox vaxt beli enli qara kәmәrlә tarım çәkilmiş mavi
paltar geyirdi vә bu qiyafәsini mәn daha çox bәyәnirdim.
Anninin anası özünә qәtiyyәn bәnzәmirdi. Hәqiqәtәn anasıydımı
görәsәn? Anni onu Matilda çağırırdı. Arxada yığılmış bir topa ağ
saç... Ciddi sifәt... Daim tünd rәngli pal-paltar... O, canıma qorxu
salırdı. Vә mәnә çox qoca gәlirdi, baxmayaraq ki, o zamanlar
Anninin cәmi iyirmi altı yaşı vardı, demәli, anasının da uzaq başı
әlliyә yaxın olmalıydı. Mәn köynәyinә sancaqladığı daş-qaşlı,
şәkilli kameyaları yaxşı xatırlayıram. Onun danışığında bir cәnub
lәhcәsi vardı, sonralar mәn elә lәhcәyә әslәn Nimadan olanlarda
rast gәlmişәm. Lakin Anninin özündә elә bir lәhcә yox idi, o da
qardaşımla mәnim kimi Paris şivәsindә danışırdı.
   256   257   258   259   260   261   262   263   264   265   266