Page 265 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 265
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 265

küçәsinә göndәrilmiş xeyli mәktub alırdı. Mәktubları poçt qu-
tusundan mәn çıxarırdım – hәr sәhәr, mәktәbә getmәmişdәn.

Anni demәk olar ki, hәr gün özünün sarımtıl maşınında Parisә
gedirdi. Qayıdanda, artıq çox gec olurdu; hәrdәn bir dә görürdün
ki, lap ertәsi gün döndü. Balaca Elen dә tez-tez onunla olurdu.
Matilda evi qoyub heç yana getmirdi. O, yalnız alış-verişә çıxırdı.
Vә adı “Nuar e blan”* (“Qara vә ağ” – fransızca) adlı jurnal alır-
dı; onun nömrәlәrinә yemәk otağının hәr guşәsindә rast gәlmәk
olurdu. Mәn onları cümә axşamları nahardan sonra yağış yağanda
vә biz radiodan uşaqlar üçün verilişә qulaq asanda vәrәqlәyirdim.
Matilda da “Nuar e blan”ı mәnim әlimdәn zorla alırdı.

– Baxma onlara, gicәsula. Sәnin yaşın üçün deyil...
Mәktәbin qapısında mәni Ağcaxanımla qardaşım qarşılayırdı
– qardaşım hәlә mәktәbә getmәk üçün balaca idi. Anni mәni
Janna d’Ark mәktәbinә yazdırmışdı, Doktor Durden küçәsinin
axırında. Mәktәbin müdirәsi ondan soruşdu ki, mәnim anamdırmı,
Anni dә cavab verdi ki, hә.
Biz ikimiz dә müdirәnin yanında oturmuşduq. Anni özünün
köhnә dәri gödәkcәsindә, sürtülmüş cinsdә idi – bu şalvarı ona
rәfiqәsi Zina Raşevski Amerikadan gәtirmişdi – o hәrdәn bizә
gәlirdi. O vaxtlar cins Fransada görünmәmiş bir şey idi.
Müdirә bizi ciddi nәzәrlәrlә süzdü.
– Oğlunuz mәktәbә boz gödәkcә geymәlidir, – dedi. – Bütün
yaşıdları kimi.
Doktor Durden küçәsiylә evә qayıdanda yanaşı addımlayırdıq,
Anni әlini mәnim çiynimә qoydu:
– Müdirәyә anan olduğumu ona görә söylәdim ki, izahata
başlasam, çәtin olacaqdı. Sәnin etirazın yoxdur ki, Patoş?
Mәni isә o vaxt daha çox bütün yaşıdlarım kimi mәktәbә ge-
yәcәyim hәmin o boz gödәkcәnin necә bir şey olduğu maraqlan-
dırırdı.
   260   261   262   263   264   265   266   267   268   269   270