Page 268 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 268
Ïàòðèê Ìîäèàíî

bizi kilsәyә aparanda, ya da kәndә dükan-bazara çıxanda, çox
qәribә geyinirdi: çapar şalvarı, uzunboğaz çәkmә, dar manjetli,
qırçınları bol köynәklәr, hәrdәn dә hәlә qara, dar xizәk şalvarı,
hәtta sәdәf tikmәli balero. Qısası, onun qabaqlar kim olduğunu
anlamaq çәtin deyildi... Lakin qәzetsatan da, çörәkçi dә onu, de-
yәsәn, çox sevirdilәr, hәmişә çox xoş danışırdılar onunla.

– Hәr vaxtınız xeyir, madmazel Toş... Sağ olun, madmazel
Toş... Nә buyururdunuz, madmazel Toş?.. Bәs Ağcaxanımdan
nәdә şübhәlәnmәk olardı? Onun qaradinmәzliyi, sıx yığılmış
saçları, açıq rәngli gözlәri adamda ona qarşı bir hörmәt oyadırdı.
Müdirә yәqin tәәccüblәnirdi ki, mәni mәktәbdәn aparmağa anam
yox, bu qız gәlir vә niyә mәn dә bütün yaşıdlarım kimi evә özüm
getmirәm? Yәqin elә fikirlәşirmiş ki, biz varlıyıq.

Nә bilmәk olar? Müdirәnin Annini görmәyi bәs idi ki, bizimlә
ayıq-sayıq olmağın zәrurәtini başa düşsün. Bir axşam Matildayla
balaca Elenin söhbәtinin bir parçasını qulağım çaldı. Anni hәlә
Parisdәn gәlib çıxmamışdı, Matilda yaman narahat idi.

– Onun әlindәn nә desәn gәlәr, – deyә, Matilda fikirli-fikirli
dillәnmişdi. – Siz axı yaxşı tanıyırsınız, Anni dәliqanlıdır.

– Əşşi, elә bir ciddi şey elәyәsi deyil, – balaca Elen etiraz
etmişdi.

Matilda bir anlıq susub, sonra belә demişdi:
– Başa düşürsәn, Linu, sizin o qәdәr qәribә tanışlarınız var ki...
Balaca Elenin üzünün ifadәsi o dәqiqә ciddilәşdi.
– Qәribә tanışlar? Siz bununla nә demәk istәyirsiniz, Tilda?
Onun sәsi amiranәydi, kәskin idi, mәn heç bilmәzdim ki, on-
dan belә sәs çıxar.
– İncimәyin, Linu, – deyә, Matilda müti şәkildә, şikayәtlәnirmiş
kimi xahiş etdi.
Bu, artıq mәnә “zırrama” deyib, mәzәlәnәn qadın deyildi.
   263   264   265   266   267   268   269   270   271   272   273