Page 269 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 269
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 269
O zamandan bәri Anni evdә olmayanda mәn daha fikirlәşmirdim
ki, onun işi-gücü gecәlәr sәhәrәdәk “Kerrollz”da göz yaşı
axıtmaqdır. Görünür, o nәsә ciddi işlәr düzüb-qoşurdu. Sonralar,
soruşanda ki, nәsә olubmu, mәnә belә cavab verdilәr: “Hә, özü
dә çox ciddi işlәr”; bu ifadә mәnim üçün artıq bir dәfә eşitdiyim
başqa bir sözün әks-sәdası idi. Amma hәmin axşam bu “dәliqanlı”
sözü mәni dәhşәt maraqlandırdı. Anninin üzünә nә qәdәr baxsam
da, yalnız zәriflik görürdüm. Demәli, bu dumduru gözlәrin, bu
tәbәssümün arxasında dәliqanlılıq gizlәnir?
Mәn kәnd mәktәbindә oxumağa başladım. Janna d’Ark mәk-
tәbindәn azacıq uzaqda idi. Doktor Durden küçәsinin lap axırına
çatıb meriyaya vә dәmir yoluna enәn yolu keçmәk lazım idi. Nә-
hәng dәmir darvazalar birbaş mәktәbin hәyәtinә açılırdı.
Orda da hamımız eyni boz gödәkcә geyirdik, lakin hәyәt
asfalt deyildi. Sadәcә torpaq idi. Müәllimin mәnә münasibәti
yaxşıydı vә hәr gün sәhәr mәndәn xahiş edirdi ki, sinifә şeir
oxuyum. Bir dәfә Ağcaxanım yox idi vә mәnim dalımca balaca
Elen gәlmişdi. Əynindә çapar şalvarı, uzunboğaz çәkmәlәr vә
mәnim “kovboy” adı qoyduğum gödәkcә vardı. O, müәllimin
әlini sıxıb dedi ki, mәnim xalamdır.
– Sizin bacınız oğlu әla şeir oxuyur, – müәllim dedi.
Mәn hәmişә eyni şeiri oxuyurdum, qardaşımla onu әzbәr
bilirdik: “Ah, nә qәdәr dәnizçi, ah, nә qәdәr kapitan...”
Bu sinifdә mәnim çoxlu dostum vardı: Doktor Durden küçә-
sindәn olan gülçünün oğlu, aptekçinin oğlu... atasının özünü as-
dığını öyrәndiyimiz gün yaxşı yadımdadır... Mets kәndindәn çö-
rәkçinin oğlu, onun mәnimlә yaşıd olan bacısının qızılı, buruq
saçları vardı, az qala topuğuna çatırdı.
Ağcaxanım çox vaxt dalımca gәlmirdi: o bilirdi ki, gülçünün
oğluyla qayıdacam – onlar bizim qonşu idi. Əgәr evә dәrs vermir-
dilәrsә, mәktәbdәn sonra dәstә yığıb uzaqlara, qәsrdәn, vağzaldan