Page 274 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 274
Ïàòðèê Ìîäèàíî

Tәbii ki, onun meşәdә yaşaması tәsadüf dә deyildi. Aerodromun
yanındakı meşәlikdә biz tәrk edilmiş uçuş meydançası vә iri anqar
tapdıq. Markizә bu meydança gecәlәr harasa çox uzaqlara – Cәnub
dәnizlәrindәki adaların birinә uçmaq üçün lazım idi. Bir müddәtdәn
sonra yenә qayıdırdı. Vә hәmin gecәlәrdә Qroklod eniş zolağını
siqnal işıqlarıyla işarәlәyirdi ki, yerә asanlıqla enә bilsin.

Vә budur, markiz Qroklodun qaladığı kaminin yanındakı yaşıl
mәxmәrli kresloda oturub. Markizin arxasında masa düzәnlәnib:
gümüş şamdanlar, krujeva salfetlәr, büllur qablar. Qardaşımla
mәn holla giririk. İşıq yalnız yanan kamindәn vә şamlardan gәlir.
Qroklod bizi birinci görür. Əynindә at sürmәk üçün şalvar,
uzunboğaz çәkmәlәr var.

– Siz burda nә edirsiniz?
Onun sәsindә bir tәhdid var. Bizi şapalaqlayıb, qovacaq indi.
Odur ki, holla girәn kimi, әn yaxşısı markiz de Kossadın özünә
müraciәt etmәkdir. Amma gәrәk әvvәlcәdәn fikirlәşәydik ki, ona
nә deyәcәyik.
– Biz ona görә görüşünüzә gәlmişik ki, siz atamızın dos-
tusunuz.
Bu ilk cümlәni mәn deyirәm. Sonra isә növbәylә deyirik:
– Axşamınız xeyir, cәnab markiz.
Mәn dә әlavә edirәm:
– Biz bilirik ki, siz armanyak kralısınız.
Vә yalnız bir mәsәlә mәni yaman narahat edirdi: markiz Eliot
Zalter de Kossad üzünü bizә çevirәndә nә olacaq. Atam danışırdı
ki, birinci dünya müharibәsindәki hava döyüşlәrinin birindә onun
üzü möhkәm yanmışdı vә yarasını gizlәmәk üçün yanıq yerinin
üstündәn sarımtıl boya çәkirdi. Hollda, şam vә kamindә yanan
odunların işığında yәqin bu, dәhşәtli görünәcәk. Amma mәnim
yadıma atamın markiz barәdә dediyi sözlәr düşdü: o, dәliqanlıdır:
bәlkә dә Eliot Zalter üzünü bizә çevirәndә mәn Anninin tәbәssümü
   269   270   271   272   273   274   275   276   277   278   279