Page 277 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 277
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 277
uzaqdan par-par yanan üstüaçıq, nәhәng maşın qardaşımla mәni
elә heyrәtlәndirmişdi ki, elә bil döngәdәn burulanda markiz de
Kossadın özüylә qarşılaşmışdıq. Amma hәmin an qardaşımla
mәn elә eyni şeyi düşündük: bu maşın markiz de Kossadındır,
demәli, bütün macәralarından sonra qayıdıb vә atamızın xahişiylә
bizә baş çәkmәyә gәlib.
Ağcaxanımdan soruşdum:
– Bu kimin maşınıdır?
– Sәnin xaç ananın dostlarından birininkidir.
O hәmişә Annini mәnim xaç anam adlandırırdı, amma düz dә
deyirdi – bir il qabaq bizi Biarrits kilsәsindәki müqәddәs Martin
kilsәsindә xaç suyuna salıb, Annini belә adlandırmışdılar.
Biz evә girәndә qonaq otağının qapısı açıq idi, divanın üstündә
isә Roje Vensan әylәşmişdi.
– Gәlin, salamlaşın, – balaca Elen dedi.
O elә indicә qәdәhlәrә likör süzmüşdü vә mina lövhәli
qrafinlәrdәn birinin ağzını tıxaclayırdı. Anni isә telefonla danışırdı.
Roje Vensan divandan qalxdı. O, mәnә çox ucaboy göründü.
Əynindә iri damalı kostyum vardı. Arxaya daradığı saçları gözәl
vurulmuşdu vә tamam ağ olmasına baxmayaraq, Roje heç dә
qoca deyildi. Bizә sarı әyildi. Gülümsündü:
– Salam, uşaqlar...
Növbәylә әlimizi sıxdı. Onun әlini sıxmaq üçün çantamı yerә
qoydum. Boz gödәkcәmdә idim.
– Sәn mәktәbdәn gәlirsәn?
Dedim:
– Bәli.
–Mәktәbdә nә var-nә yox? İşlәr qaydasındadır?
– Bәli.
Anni telefonun dәstәyini qoyub balaca Elenlә bir yerdә bizә
yaxınlaşdı, Elen artıq likör süzdüyü qәdәhlәr olan sinini divanın