Page 279 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 279
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 279

– Hә.
Onu hәmişә “Roje Vensan” adlandırırdı – incә bir ehtiramla,
sanki bu adla familiya bir-birinә qırılmaz tellәrlә bağlı idi. Mәn
onunla telefonda necә danışdığını da eşitmişdim: “Allo, Roje
Vensan... Günaydın, Roje Vensan...” Ona “siz” deyә müraciәt
edirdi. Anninin dә, Jan D.nin dә ondan ötrü lap ürәyi gedirdi. Jan
D. dә ona “Roje Vensan” deyirdi. Anni ilә Jan D. onun barәsindә
elә danışırdılar ki, sanki bir-birinә “Roje Vensanın hәyat tarixçәsi”ni
nәql edirdilәr – qәdim әfsanәlәri necә danışarlar, elәcә... “Tanınmış
doktorun xanımı” Andre K. isә onu sadәcә “Roje” çağırır, “sәn”
deyә müraciәt edirdi.
– Mәktәbә kimi bu maşında getmәk istәyirsәn? – deyә, Roje
Vensan mәndәn soruşdu.
O tapmışdı ki, qardaşımla mәn indi hәr şeydәn çox nә
arzulayırıq. Hәr ikimiz qabaq oturacaqda, onun yanında әylәşdik.
Maşını arxaya verdi vә әzәmәtlә üzüaşağı enib, Dokdor Durden
küçәsiylә hәrәkәtә başladı. Biz elә bil külәksiz havada, suyun
üzüylә gedirdik. Mәn heç mühәrrikin sәsini dә eşitmirdim. Qarda-
şımla üstüaçıq maşına ilk dәfә belәcә mindik. Bu maşın elә nәhәng
idi ki, küçәmizin bütün hәrәkәt zolağını tuturdu.
– Budur, bizim mәktәb...
O, maşını saxladı, әlini uzadıb qapını açdı ki, düşә bilim.
– Hә, Patoş, getdin.
Mәni lap çoxdan tanıyırmış kimi, “Patoş” çağırmağından
qürur hissi keçirdim. Qardaşım indi onun yanında tәkcә oturmuşdu
vә bu qırmızı, dәri oturacaqda lap kiçik görünürdü. Janna d’Ark
mәktәbinin hәyәtinә girmәmişdәn, onlara tәrәf çöndüm. Roje
Vensan mәnә әl elәdi. Gülümsünürdü.

Jan D.nin amerikan avtomobili yox idi, әvәzindә iri bir saatı
vardı ki, hәm saniyәlәri vә dәqiqәlәri, saatları vә günlәri, ayları vә
hәtta illәri göstәrirdi. O, içindә saysız-hesabsız balaca vintlәri olan
   274   275   276   277   278   279   280   281   282   283   284