Page 283 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 283
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 283
Belә axşamlarda onların hamısı qonaq otağında gecәyә qәdәr
otururdular. Onların gülüşlәri, uca sәslә danışdıqları bizim otaqda
eşidilirdi. Bir dә telefon zәnglәri. Hә, bir dә qapının zәngi.
Ağcaxanımla biz sәkkizin yarısında, mәtbәxdә şam edirdik. Qonaq
otağında isә Roje Vensan, Jan D., Andre K., Anni, Matilda vә
balaca Elen üçün artıq masa hazır idi. Onlar üçün xörәyi balaca
Elen bişirmişdi vә hamısı bir ağızdan deyirdi ki, o, “әla aşpazdır”.
Yatmaq üçün yuxarı qalxmamışdan biz qonaq otağına girdik
ki, hamıya “gecәniz xeyrә qalsın” deyәk. Əynimizdә pijamanın
üstündәn geydiyimiz xalatlarımız vardı – şotlandka parçadan
olan bu xalatları bizә Anni bağışlamışdı.
Qalan qonaqlar tәdricәn, bütün axşam әrzindә gәlirdilәr. Elә
ki, Ağcaxanım bizә “gecәniz xeyrә” deyib işığı söndürürdü, mәn
pәncәrә taxtalarının arasından onlara baxmaqdan özümü saxlaya
bilmirdim. Bir-birinin dalınca zәngi basırdılar. Onların üzünü
yaxşı görürdüm – qapının ağzında parlaq lampa yanırdı. Onların
bәzisi yaddaşımda hәmişәlik qalıb. Vә qәribәdir ki, polislәr heç
mәni sorğu-suala çәkmәdilәr, axı uşaqlar da baxır. Hәm dә dinlәyir.
– Sizin çox qәşәng xalatlarınız var, – Roje Vensan deyirdi.
Vә gülümsünürdü. Əvvәlcә biz hәmişә telefonun yanında,
güllü-güllü kresloda oturan Andre K. ilә görüşürdük. Ona elә
hey zәng çalırdılar. Dәstәyi qaldıran balaca Elen deyirdi:
– Andre, sәni istәyirlәr...
Andre K. әlini bizә bir az saymazyana uzadırdı. O da gülüm-
sünürdü, lakin bu tәbәssüm üzündәn bir anda çәkilib gedirdi,
Roje Vensanınkı kimi deyildi.
– Gecәniz xeyrә qalsın, uşaqlar.
Bu, üzündә çillәri olan, yaşılgöz, enlisifәt, şabalıdı saçlı,
kәkili üzünә düşәn bir xanım idi. Yaman çox siqaret çәkirdi.