Page 286 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 286
Ïàòðèê Ìîäèàíî
– Onları aparaq, maşın sürsünlәr? – deyә balaca Elen soruşdu.
Dördümüz dә meydançanın әtrafındakı alçaq hasarın yanında
gözlәyirdik. Sәsgüclәndiricidәn musiqi sәdaları gәlirdi. Yalnız
üç maşında adamlar oturmuşdu, iki maşın üçüncünün üstünә ey-
ni anda hücum çәkmişdi, iki tәrәfdәn sıxışdırırdılar onu, qışqırıq,
gülüş sәslәri әtrafa yayılırdı. Maşınların arxa tәrәfindәki uzun
dәmirlәr avtodromun tavanında qığılcım saçan izlәr qoyurdu.
Lakin hәr şeydәn çox mәni balaca maşınların rәnglәri öz tilsiminә
salmışdı: firuzәyi, solğun-yaşıl, sarı, bәnövşәyi, al-qırmızı, ba-
dımcanı, çәhrayı, tünd-göy...
Maşın dayandı, sәrnişinlәr meydançanı tәrk etdilәr. Qardaşım
Roje Vensanla sarı, mәn isә balaca Elenlә firuzәyi maşına mindik.
Bizdәn başqa meydançada heç kәs yox idi, biz isә bir-birimizi
itәlәmirdik. Sükan arxasında Roje Vensanla balaca Elen oturmuşdular.
Dövrә vururduq, balaca Elenlә mәn Roje Vensanla qardaşımın
mindiyi maşının dalınca gedirdik. Meydançadakı boş maşınların
arasından sağa-sola buraraq keçirdik. Musiqi bir qәdәr yavaş
sәslәnirdi vә bizә bilet satan kişi, meydançanın kәnarında dayanıb,
qüssәylә üzümüzә baxırdı, elә bil sonuncu müştәrilәri biz idik.
Hava artıq tam qaralmışdı. Biz meydançanın qırağında da-
yandıq. Mәn bütün bu alabәzәk maşınları bir dә seyr etdim. Son-
ra, axşam yerimizә girәndә, qardaşımla o maşınlar haqda xeyli
söhbәt etdik. Vә qәrara aldıq ki, günü sabah qarajdan köhnә tax-
taları götürüb, belә bir avtodromu hәyәtimizdә düzәldәk. Tәbii
ki, maşın tapmaq çәtin olacaqdı, amma bәlkә heç olmasa, köhnә-
lәrini, xarablarını tapa bildik. Bizә elә gәlirdi ki, әn vacib olanı
rәngdir: mәn bәnövşәyiylә firuzәyi arasında seçim edirdim; qar-
daşımın xoşuna açıq-yaşıl gәlirdi.
Hava isti idi deyә, Roje Vensan da maşının damını örtmürdü.
O, balaca Elenә nәsә deyirdi, mәn dә xәyala dalmışdım özüm
üçün – ömrümdә ilk dәfә gördüyüm balaca maşınlar barәdә