Page 291 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 291
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 291
kitabımı yazırdım. Tanışım mәni yaxınlıqdakı bir restorana nahara
dәvәt etdi. Mәn gәlәndә onun masası arxasında daha iki nәfәr
vardı: Jan D. vә onunla gәlmiş bir qız.
Demәk olar ki, qocalmamışdı. Gicgahları bir az ağarmışdı,
saçının düzümü isә elә hәminki idi. Gözlәrinin kәnarında xırdaca
qırışlar. Kanadka gödәkcә әvәzinә kifayәt qәdәr gözәl boz
kostyum. Fikirlәşdim ki, o da, mәn dә yaman dәyişmişik. Nahar
boyu nә o, nә mәn keçmişdәn bircә kәlmә dә danışmadıq.
Mәndәn soruşdu ki, nәylә mәşğulam. Mәnә “sәn” deyә müraciәt
edir, “Patrik” çağırırdı. Vә o biri iki nәfәrә yәqin demişdi ki,
mәni lap çoxdan tanıyır.
Mәn onun barәsindә uşaq vaxtı olandan indi xeyli çox bilirdim.
Hәmin il qәzetlәr mәrakeşli bir siyasi xadimin (“Xalq qüvvәlәrinin
milli ittifaqı” partiyasının lideri Ben Bәrkәyә (1920-1965) işarә)
qaçırılmasından yazılar verirdi. Bu işdә әli olanlardan biri De
Renod küçәsindә, öz evindә müәmmalı bir şәraitdә ölmüşdü,
özü dә polis içәri girmәk üçün onun qapısını qıranda. Jan D. hә-
min şәxsin dostu idi vә onu sağ ikәn görәn sonuncu adam ol-
muşdu. Bunu mәhkәmәdә dә tәsdiq etdi vә qәzetlәr bunu yazdılar.
Lakin mәqalәlәrdә başqa tәfәrrüatlar da vardı: Jan D. bir zamanlar
yeddi il hәbsdә olmuşdu. Nә mәsәlә idi, dәqiqlәşdirilmirdi, lakin,
görünür, onun bütün bәlaları elә o zamandan başlanmışdı.
Biz o mәqalәlәr barәdә bircә kәlmә dә kәsmәdik. Mәn sadәcә
olaraq, ondan soruşdum ki, Parisdәmi yaşayır?
– Mәnim Fobur Sent-Onore küçәsindә öz kontorum var.
Gәrәk bir baş çәkәsәn mәnә...
Şam yemәyindәn sonra tanışım harasa yoxa çıxdı. Mәn Jan
D. vә yanındakı qadınla – ondan tәxminәn on yaş cavan, qarasaç
qadınla tәk qaldım.
– Harasa aparım sәni?