Page 292 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 292
Ïàòðèê Ìîäèàíî

O, restoranın qabağında durmuş “Yaquar”ın qapısını açdı.
Qәzetlәrdәn bilirdim ki, onu “yaquarlı Uzun” adlandırırlar. Şam
yemәyinin lap әvvәlindәn onunla söhbәti elә salmaq istәyirdim ki,
mәnim üçün hәlә dә qaranlıq qalan keçmişindәn bir şey öyrәnim.

– Sәni bu maşına görә “yaquarlı Uzun” adlandırırlar? – deyә
soruşdum.

O, çiyinlәrini çәkib, bir cavab vermәdi.
Bir dәfә Kustu küçәsinә, mәnim yanıma gәlmәk fikrinә düşdü.
Onlar mәnim dalımca ensiz pillәkәnlә yuxarı dırmandılar, nimdaş
qırmızı kilimdәn nәsә iy gәlirdi. Onlar mәnim otağıma girdilәr
vә yanındakı qız oturmaq mümkün olan yeganә şeyә – toxunma
kresloya oturdu. Jan D. ayaq üstә qaldı.
Onu bu otaqda boz gözәl kostyumda, tünd rәngli ipәk qalstukda
görmәk qәribә idi. Qız әtrafa göz gәzdirirdi, görünür, otağımdan
heç razı qalmamışdı.
– Yazırsan? Necәdir, bir şey çıxır?
Üstünә mahud çәkilmiş oyun masasının üzәrinә әyilib, mәnim
gündәn-günә doldurmaq üçün әllәşdiyim kağızlara baxdı.
– Əldә qәlәm çarpışırsan?
Gülümsündü mәnә.
– Buranı qızdırmırlar?
–Yox.
– Bәs necә keçinirsәn?
Nә cavab verә bilәrdim? Mәn heç bilmirdim ki, ayın axırına
ev üçün beş yüz frankı hardan tapıb ödәyәcәm. Biz әlbәttә, lap
çoxdanın tanışıydıq, amma bu, ona hәyatımdan şikayәtlәnmәyimә
heç bir әsas vermirdi.
– Birtәhәr keçinirәm.
– Nәsә, heç oxşamır.
Hansı dәqiqәdәsә әksimizi pәncәrә şüşәsindә yanaşı gördüm.
Ona “yaquarlı Uzun” demәklәrinә baxmayaraq, mәn indi ondan
   287   288   289   290   291   292   293   294   295   296   297