Page 295 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 295
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 295

gәzirdik. Avtomobillәrin hamısına növbәylә baxırdıq; birinin
qabaq dimdiyi çatmırdı, digәrinin kapotu, üçüncüsünün tәkәrlәri;
әlindә şlanq olan fәhlә geyimli birisi isә elә indicә nәrildәyә-
nәrildәyә gәlmiş yük maşınına benzin tökürdü. Amma bir dәfә
Roje Vensanın üstüaçıq amerikan maşınını tanıdıq vә qәt etdik
ki, Bak Denni ilә o da dostdur.

Bir neçә dәfә biz Bak Denninin dalınca onun evinә getmişdik,
orda bulvar boyu bir-birinә bәnzәyәn çoxlu bina vardı, indi mәnә
elә gәlir ki, ora Bertye bulvarı idi. Biz Annini sәkinin üstündә
gözlәyirdik. O, Bak Denni ilә birlikdә çıxırdı. Biz balaca maşını-
mızı onun evinin qabağında qoyub, dördümüz dә payi-piyada,
hәr iki yanında ağaclar әkilmiş, anbarlar tikilmiş xırdaca küçәlәrlә
qaraja gedirdik.

Qarajda sәrinlik idi vә benzinin iyi biz dәyirmanda olanda
içimizә çәkdiyimiz yaş otların, suyun iyindәn qat-qat güclü idi.
Amma eyni alaqaranlıq burda da vardı, xüsusilә dә künc-bucaqda,
atılmış avtomobillәrin mürgülәdiyi yerdә. Onların kuzovu bu
alatoranda parıldayırdı vә mәn gözlәrimi divardakı sarı metal
lövhәdәn çәkә bilmir, onun üzәrindә yeddi qara hәrfdәn ibarәt
yazını oxuyurdum: KASTROL vә bu sözün şәkli, cingiltisi elә
bu gün dә mәni, nәdәnsә, mübhәm bir şәkildә hәyәcanlandırır.

Bir cümә axşamı Anni mәni özüylә tәk apardı. Qardaşım ba-
laca Elenlә Versala alış-verişә getmişdilәr. Biz Bak Denninin ya-
şadığı evin qarşısında dayandıq. Amma bu dәfә onsuz qayıtdı.

Qarajdakı yerindә dә yox idi. Biz yenә maşınımıza oturduq.
Bütün mәhәllәni, ağacları, anbarları, bir-birinә oxşayan balaca
küçәlәri dolaşdıq.

Axırda o, kәrpic bir binanın qarşısında dayandı, mәn indi fi-
kirlәşirәm ki, bәlkә dә orda Nöyyinin idxal gömrüyü alınan zas-
tavası yerlәşirdi. Amma belә yerlәri axtarıb tapmağın nә mәnası
vardı axı? Anni çöndü ki, arxa oturacaqdan Parisin planını vә nә
   290   291   292   293   294   295   296   297   298   299   300