Page 297 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 297
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 297

xırda küçәlәr artıq silinib vә onlarla bir yerdә hәmin o sirli
qarajlar da xeyli vaxtdır ki, yox olub.

Anni ilә daim yanından ötdüyümüz mәhәllәdә yaşayarkәn
mәn onu bir dәfә dә xatırlamadım. Mәni onda daha uzaq keçmiş,
atamla bağlı keçmiş tәqib edirdi.

Onu bir fevral axşamı Marinyan küçәsindәki restoranda hәbs
etdilәr. Yanında sәnәdlәri yox idi. Polis almanların yeni sәrәncamıyla
әlaqәdar sәnәdlәri yoxlayırdı: yәhudilәrә ictimai yerlәrdә saat
20.00-dan sonra görünmәk yasaq idi. Qaranlıqdan vә dustaq ma-
şını gәlәrkәn polislәrin sayıqlığı itirmәsiylә әlaqәdar әlinә düşәn
ani fürsәtdәn istifadә edәrәk qaçmışdı.

Növbәti il onu evdә yaxalamışdılar. Əvvәlcә müvәqqәti
saxlama kamerasına, ordan da Parisdәki Dransi hәbs düşәrgәsinin
әlavә tikililәrindәn birinә aparmışdılar. Vağzal küçәsindә idi, nә-
hәng anbarlar düzәldilәn yerdә: bu anbarlara almanların yәhudilәrin
әlindәn aldığı әşyalar toplanırdı – mebel, qab-qacaq, geyim-ke-
çim, oyuncaqlar, xalılar vә incәsәnәt әsәrlәri müxtәlif mәrtәbәlәrdәki
rәflәrә yığılırdı, lap “Qaleri Lafayet”dәki kimi. Nәzarәt altında
saxlanılan yәhudilәri mәcbur edirdilәr ki, gәlәn maşınları
boşaltsınlar, Almaniyaya yola salınan maşınlara mal yüklәsinlәr.

Bir dәfә gecә kimsә öz avtomobilindә Vağzal küçәsinә gәlib,
atamı azad etdi. Mәn elә fikirlәşirdim ki, – sәhv idi, yoxsa düz,
bilmirәm, – hәmin bu adam “Eddi” kimi tanınan Lui Panyon idi;
onu bütün Loriston bandasıyla bir yerdә Qurtuluşdan sonra
güllәlәdilәr.

Hә, mәnim atamı kimsә o “xәndәkdәn” xilas etmişdi, bir dәfә
ikimiz oturanda özü bu sözü dilinә gәtirdi; onda mәnim on beş
yaşım vardı vә o artıq mәnә ürәyini aça bilirdi. Hәmin axşam
mәn hiss etdim ki, atam öz hәyat tәcrübәsini mәnә ötürmәk istә-
yir, lakin bunun üçün uyğun sözlәr tapa bilmirdi. Yaxşı, Panyon
idi, yoxsa tamam başqa adam? Mәnә әziyyәt verәn bu sualların
   292   293   294   295   296   297   298   299   300   301   302