Page 301 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 301
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 301

Anni ilә Parisin daha bir mәhәllәsindә dә olurdum; onu asan-
lıqla tanıdım: Monmartr, Jüno küçәsi. Anni balaca maşınını döy-
mә poladdan şüşәli qapısı olan ağ bir evin qarşısında saxlayırdı.
Gözlә mәni. Tez çıxıram deyirdi. Vә evin içinә girirdi.

Mәn küçәdә gәzişirdim. Ola bilәr ki, mәhz elә o vaxtdan bu
mәhәllәni sevirәm. Dik pillәkәn Jüno küçәsini ondan aşağıda
yerlәşәn başqa bir küçәylә birlәşdirirdi vә mәnim bu pillәlәrlә
enmәkdәn xoşum gәlirdi. Kolenkur küçәsiylә cәmi iyirmi metr
gedir, bundan artığına ürәk etmirdim. Tәlәsik pillәlәri qalxırdım
ki, birdәn Anni mәni qoyub gedәr.

Amma hәmişә ondan qabaq qayıdırdım vә hәlә gözlәmәli dә
olurdum, eynәn Bak Denninin xidmәti otağının şüşәli divarlarının
o üzündә narıncı pәrdәlәr enәrkәn gözlәdiyim kimi. O, qapıdan
üzündә tәbәssüm olan Roje Vensanla çıxırdı. Vensan özünü elә
göstәrirdi ki, guya tәsadüfәn görüşmüşük.

– İşә bir bax... Burda neynirsәn?
Ertәsi gün isә Andre K., Jan D., ya da balaca Elenә belә de-
yirdi:
– İşә bir bax ha... Mәn Patoşla Monmartrda rastlaşdım... Başa
düşmürәm ki, orda nә işi vardı... – Sonra da mәnә tәrәf çönürdü:
– Onlara heç nә demә. Ümumiyyәtlә, nә qәdәr az danışsan, bir o
qәdәr yaxşıdır.
Jüno küçәsindә Anni onu öpürdü. Onu “Roje Vensan” çağırır,
“siz” deyә müraciәt edirdi, amma hәm dә öpürdü.
– Bir dәfә sәni qonaq çağıracam, – Roje Vensan mәnә deyirdi.
– Mәn burda yaşayıram...
Vә dәmir qapını göstәrirdi.
Üçümüz küçәylә gedirdik. Onun amerikan maşını evin
qabağında deyildi vә mәn ondan niyәsini soruşdum.
– Maşınımı üzbәüzdәki qarajda qoyuram...
   296   297   298   299   300   301   302   303   304   305   306