Page 302 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 302
Ïàòðèê Ìîäèàíî

Biz pillәkәndәn azacıq aralıdakı “Alsina” hotelinin yanından
ötürdük. Bir dәfә Anni dedi:

– Əvvәllәr biz burda yaşayırdıq, balaca Elen vә Matildayla
birlikdә... Siz bircә Matildanın sifәtini görәydiniz...

Roje Vensan gülümsünürdü. Mәn isә fәrqinә varmadan, nә
danışırdılarsa, hamısına qulaq asırdım vә ağızlarından çıxan hәr
söz beynimә hәkk olunurdu.

Çox sonralar, artıq evlәnәndәn sonra, mәn bir neçә il bu mә-
hәllәdә yaşadım. Demәk olar ki, hәr gün Jüno küçәsinә qalxırdım.
Günlәrin birindә, nahardan sonra birdәn elә bil nәsә çәkdi mәni,
ağ evin qapısını itәlәdim. Konsyerjin zәngini basdım. Kürәn
saçlı bir adam başını aralı qapıdan çıxardı.

– Nә buyurursunuz?
– İyirmi il qabaq bu evdә yaşayan bir şәxs barәdә öyrәnmәk
istәyirdim...
– Mәn o zamanlar burda deyildim, müsyö...
– Deyә bilmәzdiniz, kimdәn mәlumat ala bilәrәm?
– Üzbәüzdәki qaraja müraciәt edin. Onlar hamını tanıyırdılar.
Lakin mәn üzbәüz qaraja müraciәt etmәdim. Neçә vaxt idi
Parisdә o qәdәr qaraj gәzmişdim ki, artıq bәdgüman idim.

Yayda günlәr getdikcә uzanırdı vә Ağcaxanımdan daha yumşaq
olan Anni axşamlar bizә evimizlә üzbәüzdәki әyri küçәdә oyna-
mağa icazә verirdi. Hәmin axşamlar biz xalatlarımızı geymirdik.
Şam yemәyindәn sonra Anni bizi qapıya kimi ötürәrәk qolbaq
saatını mәnә verib deyirdi:

– Onun yarısına kimi oynaya bilәrsiniz... Onun yarısında evә
gәlirsiniz... Vaxta nәzarәt et, Patoş... Sәnә arxayınam...

Jan D. dә bizdә qonaq olanda özünün yekә saatını mәnә eti-
bar edirdi. O nәyisә bururdu vә düz doqquz otuzda zәng çalınırdı
vә biz bilirdik ki, evә qayıtmaq vaxtıdır.
   297   298   299   300   301   302   303   304   305   306   307