Page 305 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 305
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 305

vә mәn başa düşdüm ki, protestantlar da bütün qalanları kimidirlәr
vә onlarla rastlaşanda küçәnin qarşı tәrәfinә keçmәyi tәrgitdim.

Bir dә heç bir söylәnmiş ifadә bizә belә tәsir etmәyәcәk. Elә
bil Roje Vensanın tәbәssümü idi. Mәn heç vaxt kimsәdә buna
bәnzәr tәbәssümә rast gәlmәmişәm. Hәtta Roje Vensan olmayanda
da, onun tәbәssümü fәzada qanadlanırdı. Bir dә mәn hәrdәn Jan
D.nin dediyi bir ifadәni xatırlayıram. Bir sәhәr o, mәni öz
motosikletindә Versal yoluyla gәzmәyә apardı. Bәrk sürmürdü,
mәn dә onun gödәkcәsindәn bәrk-bәrk tutmuşdum. Qayıdanda
“Robin Qud”un qapısında saxladıq. O, siqaret almaq istәyirdi.
Sahibәdәn başqa barda kimsә yox idi; bu cavan, çox qәşәng,
sarışın bir qadın idi, tәbii ki, atam Eliot Zalter – markiz de
Kossadla, bәlkә dә elә Eddi Panyonla burda nahar edәndә
tanıdığım qadın deyildi bu.

– Bir qutu “Balto”, – Jan D. dillәndi.
Kafenin sahibәsi ona bir qutu siqaret uzadıb, ikimizin dә
üzünә gülümsündü. Biz çıxanda, Jan D. ciddi sәslә mәnә dedi:
– Bilirsәn, qoca... Qadınlar... Uzaqdan onlara heyran olursan...
Amma yaxından... Onlarla gәrәk ayıq-sayıq olasan...
Vә birdәn üzünә bir qüssә çökdü.

Bir dәfә cümә axşamı biz qәsrin yanındakı tәpәlikdә oynayırdıq.
Balaca Elen, adәtәn Ağcaxanımın oturduğu skamyadan bizә göz
qoyurdu. Biz ağaclara dırmaşırdıq. Mәn çox yuxarı qalxdım vә
budaqdan-budağa keçәrkәn az qaldım yıxılam. Ağacdan düşәndә
balaca Elen tәbaşir kimi ağarmışdı. Hәmin gün onun әynindә
çapar şalvarı vә sәdәf tikmәli balero vardı.

– Nә axmaq iş tutursan... Ölә bilәrdin...
Mәn onun belә kәskin danışmasını heç eşitmәmişdim.
– Bir dә belә iş tutma...
Onu qәzәbli görmәyә heç adәt etmәmişdim deyә, az qalırdım
ağlayam.
   300   301   302   303   304   305   306   307   308   309   310