Page 307 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 307
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 307

O artıq bunu bizә çox demişdi. Biz evdәn köçәcәyimizә görә
bir balaca narahat idik. Amma bu barjaların birindә yaşamaq...
Hәr gün gözlәyirdik ki, görәn bizim tәzә sәrgüzәştlәrimiz nә
vaxt başlanacaq.

– Sizin ikinәfәrlik kayutunuz olacaq... İllüminatorlu... Orda
böyük salon vә bar olacaq...

O, arzularını ucadan sәslәndirirdi. Biz yenidәn maşına әylәşdik.
Sen-Klu tunelindәn sonra, şosedә mәnә sarı çöndü. Onun aydın
baxışları mәni ağuşuna alırdı.

– Bilirsәn sәn nә etmәlisәn? Hәr axşam bütün baş verәnlәri
yazmalısan... Mәn sәnә bunun üçün dәftәr alacam...

Bu yaxşı fikir idi. Mәn әlimi cibimә soxdum ki, görüm
portsiqar hәmişәki kimi yerindәdirmi.

Bәzi şeylәr hәyatından, sәn onlara bircә dәqiqә diqqәtsizlik
edәn kimi yoxa çıxır, lakin bu portsiqar mәnә sәdaqәtli idi.
Bilirdim ki, hәmişә әlimin altındadır: gecә masasının çәkmәcәsindә,
şkafda, partanın içindә, ya da gödәkcәnin döş cibindәdir. Mәn
onun varlığına elә arxayın idim ki, axırda unudurdum onu. Amma
darıxdığım saatlarda yox. Onda mәn portsiqarı әlimdә hәrlәyib
hәr tәrәfinә baxırdım. Bu, ömrümün kimsәylә bölüşә bilmәdiyim
vә hәrdәn “görәsәn, bütün bunlar mәnim başıma gәlibmi” deyә
düşündüyüm hәmin dövrünә aid, әllә toxunmaq mümkün olan
yeganә şahid idi.

Amma yenә dә bir dәfә az qaldı onu itirim. Kollecdә oxuyurdum,
düzünü desәm, әslindә gözlәyirdim ki, on yeddi yaşım tamam
olsun. Mәnim portsiqarım çox imkanlı bir burjua ailәsindәn olan
әkiz qardaşların hәsәd vә tamah mәnbәyi idi. Bu qardaşların
saysız-hesabsız qohumları kollecin başqa siniflәrindә oxuyurdu,
onların atası barәdә isә deyirdilәr ki, o, “Fransanın birinci
tüfәngidir”. Əgәr onların hamısı mәnә qarşı birlәşsәydilәr, özümü
müdafiә edә bilmәyәcәkdim.
   302   303   304   305   306   307   308   309   310   311   312