Page 311 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 311
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 311
– Otaq hazırdır, – dedi.
Biz işığı yanan pillәkәnlә yuxarı qalxdıq. Bütün pәncәrәlәrin
taxtaları bağlı idi. Dәhlizdәn keçdik. Nәzarәtçi qadın qapını açdı.
Bizim otaqdan böyük idi, baş tәrәfi mis çubuqlardan olan iki
çarpayısı vardı – böyüklәr üçün iki çarpayı. Divarlarına mavi,
güllü kağızlar vurulmuşdu. Pәncәrә Doktor Durden küçәsinә
açılırdı. Bu pәncәrәnin taxtaları açıq idi.
– Uşaqlar, bura sizin üçün çox yaxşı olacaq, – Anni dedi.
Qadın gülümsündü. Dedi:
– Sәhәr sizә yemәk hazırlayaram.
Biz pillәkәnlә endik, qadın bizә birinci mәrtәbәni göstәrdi.
Pәncәrәsinin taxtaları kip qapalı böyük qonaq otağında iki silsilәli
çilçıraq par-par yanaraq bizi valeh edirdi. Bütün mebellәrin
üstünә şәffaf parçadan tikilmiş örtük salınmışdı. Pianodan başqa.
Şam yemәyindәn sonra Anni ilә bir yerdә çıxdıq. Əynimizdә
pijama vә xalat vardı. İlıq bir payız axşamı idi. Küçәyә әynindә
xalat çıxmaq maraqlı idi vә biz Anni ilә “Robin Qud”a kimi
gәzә-gәzә getdik. Elә istәyirdik ki, küçәdә xalatda gәzmәyimizi
kimsә görsün.
Üzbәüz evin qapısının zәngini yenә basdıq, nәzarәtçi qadın
qapını açıb bizi otağımıza ötürdü. Başlığı mis çarpayılarımıza
uzandıq. Qadın bizә dedi ki, yanımızdakı otaqda yatır, әgәr bir
şey lazım olsa, onu çağıra bilәrik.
– Mәn dә hәr halda, burda, yanınızdayam, Patoş... – Anni dedi.
Alnımızdan növbәylә öpdü. Dişlәrimizi şam yemәyindәn
sonra indiki otağımızda fırçaladıq. Qadın pәncәrәnin taxtalarını
örtdü, işığı söndürüb getdilәr.
Hәmin o ilk gecә qardaşımla xeyli söhbәt elәdik. Çox istәyirdik
ki, birinci mәrtәbәyә, qonaq otağına düşüb çilçıraqlara, örtüyün
altındakı mebellәrә vә pianoya baxaq, amma qorxurduq ki, taxta
pillәkәn cırıldaya, qadın oyanıb üzümüzü danlaya.