Page 314 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 314
Ïàòðèê Ìîäèàíî

ki, görüm sandıqçasında nә var, arxa oturacağını axtardım. Heç
nә yox idi. Yalnız boş siqaret qutusu.

– Gedәk qәsrә tәrәf, gәzәk, – qardaşıma dedim.
Külәkli idi. Biz Doktor Durden küçәsiylә gedirdik. Sinif yol-
daşlarım artıq parta arxasındaydılar vә yәqin, müәllim dә artıq
gәlmәdiyimdәn duyuq düşmüşdü. Biz gedirdik vә әtrafımızdakı
sükut getdikcә daha da sıxlaşırdı. Parlaq günәş işığı altında küçә
dә, evlәr dә tәrk edilmiş kimi görünürdü.
Külәk çәmәnliyin hündür otlarını xışıldadırdı. Biz ikilikdә
bura heç gәlmәmişdik. Qәsrin qapalı pәncәrәlәri indi, eynәn
Ağcaxanımla meşәdәn gәlәndә olduğu kimi, canıma eyni hәyәcanı
doldurdu. Onda qәsrin görünüşü mәnә yaman qorxulu gәlmişdi.
Elә indi, günün günortasında olan kimi.
Biz, ağaclara hücuma keçәndә Ağcaxanımla balaca Elenin
әylәşdiyi daş skamyada oturduq. Bizi mühasirәyә almış sükut
lap dözülmәz idi vә mәn Anninin bağışladığı ağız qarmonu çal-
mağa çalışdım.

Hәlә uzaqdan Doktor Durden küçәsindә evimizin qabağında
dayanmış qara maşını gördük. Sükan arxasında kimsә oturub,
ayağını bayıra sallayıb qәzet oxuyurdu. Bizim giriş qapısının
qabağında başıaçıq bir polis nәfәri mil çәkib durmuşdu. Gәnc
idi, sarışın saçları qısa vurulmuş, iri mavi gözlәri boşluğa baxırdı.

O diksindi, gözlәrini bәrәldib qardaşımla mәnә baxdı:
– Siz burda neylәyirsiz?
– Bizim evimizdir bura, – cavab verdim. – Nәsә olub?
– Hә, özü dә çox ciddi bir şey.
Mәn qorxdum. Lakin elә onun da sәsi bir balaca titrәyirdi.
Tinin dalından qabağında qarmağı olan bir yük maşını çıxdı. Bir
neçә polis nәfәri maşından düşüb qarmağı Anninin avtomobilinә
qoşdular. Mәni hәr şeydәn çox elә bu sarsıtdı, qәlbimi yaraladı.
– Bu çox ciddi mәsәlәdir. – dedi: – İçәri girә bilmәzsiniz.
   309   310   311   312   313   314   315   316   317   318   319