Page 313 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 313
Ùþêìöí éöíýöëëÿøäèðèëìÿñè 313

nәfәr düşdü. Mәn Jak.D.ni vә Bak Dennini tanıdım; hәr ikisi evә
girdi. Hәrdәn qarşıdakı pәncәrәdә kiminsә silueti görünürdü.
Möhkәm yuxum gәldiyindәn yatmaq istәyirdim. Sәhәr qadın
yemәklә dolu mәcmәyini gәtirәndә oyandıq. Onunla qardaşım
mәni mәktәbә yola saldılar. Doktor Durden küçәsindә artıq nә
yük maşını vardı, nә dә Roje Vensanın avtomobili. Əvәzindә
Anninin balaca maşını öz yerindә, evin qabağındaydı.

Mәktәbin qapısı ağzında mәni qardaşım gözlәyirdi, tәk idi.
– Evimizdә heç kәs yoxdur.
Qardaşım mәnә danışdı ki, nәzarәtçi qadın indicә onu evә
aparmışdı. Balaca maşın yerindә olsa da, evdә kimsә yox idi.
Qadın alış-veriş üçün Versala getmәliydi vә axşama kimi orda
qalacaqdı deyә, qardaşımı öz evimizә yola salıb başa salmışdı ki,
әgәr maşın burdadırsa, demәli, Anni tezliklә gәlәcәk. Qardaşım
da bomboş evdә bayaqdan gözlәyirdi.
Mәni görәndә bir az sakitlәşdi. Hәtta bayaqdan qorxu keçirәn
vә indi sakitlәşmiş bir adam kimi güldü dә.
– Onlar Parisә gediblәr, – dedim. – Narahat olma.
Bis Doktor Durden küçәsiylә gәzişdik. Anninin maşını hәlә
yerindә idi.
Evdәki sükut, canımıza qorxu doldururdu. Mәn radionu
qoşdum, iki dәnә alma vә banan yedik – bufetin üstündә qalmışdı.
Bağın qapısını açdım. Balaca yaşıl maşın әvvәlki kimi hәyәtin
ortasında durmuşdu.
– Onları gözlәyәk, – qardaşıma dedim.
Vaxt keçirdi. Mәtbәxdәki zәngli saatın әqrәblәri saat ikiyә
iyirmi beş dәqiqә qalmışı göstәrirdi. Mәnim mәktәbә qayıdan
vaxtım idi. Amma qardaşımı evdә tәk qoya bilmәzdim. Biz masa
arxasında qarşı-qarşıya oturmuşduq. Vә radioya qulaq asırdıq.

Biz evdәn çıxdıq. Anninin maşını hәlә orda idi. Mәn qapını
açdım vә qabaq oturacağa, hәmişәki yerimә oturdum. Baxdım
   308   309   310   311   312   313   314   315   316   317   318