Page 316 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 316
– Hә... hә... Davam edin...
Onlar getdilәr. Qabardin plaşlı qarabәniz bizә sarı әyildi.
– Gedin, bağda oynayın... – deyә, çox yumşaq tәrzdә dillәndi.
– İndi mәn dә gәlәcәm.
O bizim әlimizdәn tutub evdәn çıxardı. Yaşıl maşın yerindәydi.
Əliylә bağa işarә elәdi:
– Gedin oynayın... Gәlirәm...
Vә evә qayıtdı.
Biz daş pillәkәnlә bağın aşağı terrasına qalxdıq – qaymaqçiçәyi
kolları arasında doktor Gilyotenin mәzarı gizlәnmiş, Matildanın
qızılgül kolları әkdiyi yerә. Anninin otağının pәncәrәsi taybatay
açıq idi vә mәn otağı necә töküb dağıtdıqlarını görürdüm.
Aşağıda qara dәri gödәkcә geymiş biri әlindә fәnәr hәyәtdәn
keçirdi. O, quyunun üzәrinә әyildi, doqquzdon kollarını aralayıb
fәnәrin işığını salaraq, dәrinlikdә nәsә tapmaq istәyirdi. Digәr
polislәr isә Anninin otağındakı axtarışlarını davam etdirirdilәr.
Sayları artmışdı – jandarmlar, mülki geyimli adamlar gәlmişdi.
Onlar hәr yerdә, hәtta bizim maşınımızda da axtarış apardılar,
hәyәtdә gәzir, pәncәrәlәrdәn boylanır, bir-biriylә ucadan danışırdılar.
Qardaşımla mәn isә özümüzü elә göstәrirdik ki, guya kimsә bizi
aparmağa gәlәcәk, bağda oynaya-oynaya, onun gәlişini gözlәyirik.