Page 321 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 321
Èòèðèëìèø äöíéà 321
Karusel meydanında, Zәfәr tağının sol tәrәfindә bitmiş şümşad
kollarının arxasındakı ayaqyolu artıq yox idi. Tüilri sahil küçәsinә
çıxdım, ancaq Senanın o üzünә adlayıb, uşaqlığımın keçdiyi
yerlәrdә tәk-tәnha dolaşmaq istәmәdim.
Sәkinin kәnarında dayanıb, uzun-uzadı maşın selini, işıqforların
qırmızı vә yaşıl işıqlarının sayrışmasını, çayın o tayındakı başlı-
başına buraxılmış nәhәng Orse vağzalının qaraltısını seyr etdim.
Geriyә qayıdanda Rivoli küçәsinin tağ sıraları kimsәsizlәmişdi.
Gecәlәr Parisin bu dәrәcәdә bürkülü olduğu yadıma gәlmirdi, bu
xәyalat şәhәrdә bütün varlığımı sarmış irreallıq hissini daha da
şiddәtlәndirirdi. Xәyalat, bәlkә, elә mәn özüm idim?
Tanış bir yer axtarırdım. Piramidalar meydanındakı panellәrdәn
tikilmiş әtriyyat mağazasının yerindә indi sәyahәt bürosu dururdu.
“Sent-Ceyms-e-d, Olbeni” hotelinin girişi vә istirahәt salonu
yenidәn qurulmuşdu. Bunları nәzәrә almasaq, hәr şey olduğu
kimi qalırdı. Ancaq bunu özümә әbәs yerә pıçıldayırdım – mәn
bu şәhәrdә özümü yad adam kimi hiss edirdim. Bu şәhәr artıq
mәnim deyildi, mәn yaxınlaşan kimi özünә qapanırdı – Kastilyone
küçәsindә öz әksimi görmәyә çalışdığım, barmaqlıq arxasına
salınmış vitrin kimi.
Hotelin önündә taksi gözlәyirdim, maşın götürüb, tanış yerlәri
yenidәn görmәk üçün Parisin küçәlәrini dolaşmaq istәyirdim.
Ancaq birdәn-birә qorxdum, necә ki, sağalmağa başlayan xәstә
ilk günlәrdә kәskin hәrәkәtlәr elәmәyә qorxur.
Hoteldә portye mәnimlә ingilis dilindә salamlaşdı. Amma bu
dәfә ona fransız dilindә cavab verdim – tәәccüblәndiyi üzündәn
oxunurdu. O, әlindәki açarı vә mavi konverti mәnә uzatdı.
– Sizә zәng etmişdilәr, müsyö…
Mәxmәr pәrdәlәri aralayıb, şüşәli qapıları taybatay açdım.
Küçәnin havası otağınkından da istiydi. Eyvanın mәhәccәrindәn
boylanıb, sol tәrәfdә toranlığa qovuşmaqda olan Vandom meydanını,