Page 322 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 322
Ïàòðèê Ìîäèàíî

ondan o yana isә Kapusinok bulvarının işıqlarını görmәk olardı.
Arabir otelә taksilәr yan alır, açılıb-örtülәn qapıların sәsi eşidilir,
italyan vә ingilis dilindә qırıq-qırıq danışıqlar eşidirdim. Yenidәn
bayıra çıxmaq, hara gәldi baş alıb getmәk istәdim. Elә bu saatlarda
kimsә ilk dәfә Parisә gәldi vә indilәrdә mәnә cansız görünәn
küçә vә meydanlarda hәyәcanla, şövqlә addımlayır.

Mavi konverti açdım. Mәn olmayanda Eko Tatsuke hotelә
zәng edib demişdi ki, onunla görüşmәk istәyirәmsә, Port-Mayodakı
“Konkord-Lafayet” hotelinә gәlim – o, sabah bütün günü orada
olacaq.

Onun şam süfrәsi arxasında, gec saatlarda görüşmәk tәklifindәn
mәmnun qaldım – bu istidә Paris küçәlәriylә yol getmәk mәni
dәhşәtә gәtirirdi. Axşamtәrәfi tağların kölgәsindә bir xeyli küçәlәri
dolaşdım. Rivoli küçәsindә ingilis kitablarının satıldığı mağazaya
girdim. Detektiv romanlar bölmәsindә öz kitablarımdan birini
gördüm. Kitabın üz qabığındakı şәklim kor kimi düşmüşdü,
fikirlәşdim ki, burada, Fransada mәni tanıyanlardan heç kimin
ağlına gәlmәz ki, Embrouz Qayz – mәnәm.

Kitabı vәrәqlәmәyә başladım, birdәn-birә mәnә elә gәldi ki,
Embrouz Qayz artıq La-Manşın o tayında qalıb. Embrouz Qayz
yer üzündәn silinib. Mәnsә öz yerimә-yurduma, tozlu vә bürkülü
Parisә qayıtmışam.

Hotelin girәcәyindә ürәyim sıxıldı: öz yerimә-yurduma qayıda
bilmәrәm. Axı mәnim әvvәlki hәyatımı, Paris küçәlәrini eninә-
boyuna dolaşan oğlanı xatırlaya bilәcәk bir şahidim belә qalmamışdı.
Açıq-qәhvәyi rәngli kәtan gödәkcә geyәn, Carvis haqqında
romanlar yazan ingilis yazıçısı maskası altında onu kim tanıyacaq?
Hotel otağına qayıdıb, pәrdәlәri çәkdim vә çarpayıya uzandım.
Mәn olmayanda qapının altından içәri saldıqları qәzeti oxumağa
başladım. Fransızca çoxdandır ki, heç nә oxumadığım üçün
içimdәn bir gizilti keçdi, elә bil uzun müddәt yaddaşımı itirdikdәn
   317   318   319   320   321   322   323   324   325   326   327