Page 326 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 326
Ïàòðèê Ìîäèàíî

– Çox xoşuma gәlir. Söhbәtimizi fransızca davam etdirsәk,
mәmnun olardım.

– Necә istәrsәniz.
Fransızca sәrbәst danışdığımı görüb, әmәlli-başlı karıxmışdı.
– Mәnә Parisdә görüş tәyin etmәyiniz çox yaxşı oldu, – dedim.
– Sizә әziyyәt olmadı ki?
– Yox, qәtiyyәn.
– İşlәdiyim nәşriyyat mәni Parisә tez-tez göndәrir. Biz fransız
dilindәn çox kitablar tәrcümә edirik.
– Sizinlә fransızca danışa bildiyim üçün sizә tәşәkkür edirәm.
O, mәnә tәrәf әyilib, yumşaq sәslә dedi:
– Nә danışırsınız, müsyö Qayz, tәşәkkür etmәyә dәymәz…
Fransız dili çox gözәl dildir…
Musiqi sәsi kәsildi. Restoranın girişindәki stolun әtrafına bir
dәstә yapon toplaşmışdı – onlar tost deyir vә elә ayaq üstәcә bir-
birinin ardınca kәskin әl hәrәkәtilә şampan bakallarını başlarına
çәkirdilәr. Bu gözlüklü, tösmәrәk, dazbaşlı yaponlar Tatsukedәn
çox fәrqlәnirdilәr.
– Parisdәn ötrü yaponların ürәyi gedir, – müştüyü külqabının
qırağına vuran Tatsuke fikirli-fikirli dedi. – Tәsәvvür edin, müsyö
Qayz, mәn burada yaşayanda bir gözәl parisli qadına evliydim.
Onun gözәllik salonu vardı… Heyf, mәn Yaponiyaya qayıtmalı
oldum, o isә mәnimlә getmәk istәmәdi… Onu bir daha görmәdim.
İndi o, hardasa oralarda, o işıqların arasında yaşayır…
O, başını әyib, pәncәrәdәn Parisә zillәndi. Şәhәrin sağ sahili,
demәk olar, bütünlüklә ovuc içindәymiş kimi görünürdü; pәncәrәnin
önündәki üçayağa müşahidә borusu bәrkidilmişdi, bu cür boruları,
adәtәn turistlәrin çox olduğu yerlәrә qoyurlar, ancaq buradakı
borudan baxmaq üçün onun kәsmәsinә pul atmaq lazım deyildi.
Tatsuke gözünü okulyara dirәyib, borunu sağa-sola hәrәkәt
etdirmәyә başladı. O, borunu fırladaraq, gah daha geniş panoram
   321   322   323   324   325   326   327   328   329   330   331