Page 330 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 330
Ïàòðèê Ìîäèàíî

– Bir sözlә, sәyahәtә çıxmaq istәmisiniz, hә?
O, bu sözlәri tәntәnәli tonda dedi, hәtta fikirlәşdim ki, deyәsәn,
bu mәnimlә mәzәlәnir.
– Bu sәfәr mәnim xatirәlәr kitabım üçün material verә bilәr, –
dedim. – “Carvis Parisdә” kitabım üçün.
– Bu, “Carvis”in neçәnci cildi olacaq?
– Doqquzuncu.
– Bilmirәm, digәr “Carvis”lәr kimi bu kitab da mәnim
yurddaşlarımda maraq doğuracaq, ya yox, amma siz onu yazmalısınız.
Şәxsәn mәn avtobioqrafik әsәrlәr oxumağı çox sevirәm.
– Bu, bir növ rәssamın öz portretini çәkmәsi kimi bir şey
olardı, – ciddi tonda davam etdim.
– Çox maraqlıdır, müsyö Qayz.
– Sözsüz, bu kitabı fransız dilindә yazardım.
– Elә isә, inanın, sizin ilk oxucularınızdan biri mәn olacağam,
– o, quru samuray nәzakәtilә başını yüngülcә qabağa әyib, dedi.
Sonra gözucu qol saatına baxdı: – Gecdir… Getmәliyәm… Mәn
hәlә nәşriyyat üçün hesabat hazırlamalıyam… Sәhәr saat yeddidә
isә Tokioya uçuram…
Biz restoranın boş zalını keçib çıxışa yönәldik. Ayağımızın
altındakı palaz addım sәslәrini boğurdu.
– Sizi ötürüm, – Tatsuke dedi.
Lift bütün mәrtәbәlәrdә dayanırdı vә hәr dәfә aralanan qapı
laylarının arasından bir-birinә bәnzәyәn meydançalar vә sonu
görünmәyәn dәhlizlәr gözә dәyirdi. Tatsuke birinci mәrtәbәnin
düymәsini hәr dәfә yenidәn basırdı, elә bil qorxurdu ki, birdәn
lift dönüb geri qayıdar vә biz hәmişәlik belәcә aşağı-yuxarı sürü-
şә-sürüşә qalarıq. Ancaq lift öz bildiyindәydi, Tatsukenin düymәni
israrla basmasına baxmayaraq, bir neçә dәqiqә hәrәkәtsiz qalır,
gәlib çıxmaq bilmәyәn müştәrilәri gözlәyirdi. Polad konstruk-
siyaları par-par yanan, qapılarına qara lak çәkilmiş, narıncı
   325   326   327   328   329   330   331   332   333   334   335