Page 333 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 333
Èòèðèëìèø äöíéà 333

Gülәrüz portye hotelin hollunda otağımın açarını mәnә verdi.
– Did you have a nice time, sir? (Vaxtınızı yaxşı keçirdinizmi,
ser? – ing.)
– Mәnimlә fransızca danışa bilәrsiniz.
O, bir anlığa tәәccüblәnsә dә, dәrhal özünü әlә alıb yenidәn
gülümsәdi. Şübhәsiz, mәni ya belçikalıya, ya da isveçrәliyә ox-
şatmışdı.
– Parisdә tәksiniz?
– Hә.
– Elә isә… Buyurun, bәlkә lazımınız oldu…
O, әlindәki adi vizit kartından bir qәdәr böyük olan qırmızı
kartı mәnә uzatdı.
– Nömrәni yığmağınız kifayәtdir, müsyö…
Liftdә kartı cibimdәn çıxardım. Kartın üzәrindә qara hәrflәrlә
yazılmışdı:
“Xeyuord.
Bahalı maşınların prokatı.
Əla maşınlar, sürücüsü ilә.
Turist marşrutları. Paris by Night
Roden küçәsi, 2 (15-ci dairә). Tel. – TPO 46-26”
Qәribәdir, “Xeyourd” soyadı әvvәlcә mәnim diqqәtimi çәkmәdi.
Pәncәrә laylarını taybatay açıb, arvadıma zәng etmәk istәdim.
Hәlә heç saat bir deyildi, o isә adәtәn gec saatlarda yatağına
girirdi. Dәstәyi Bristou götürdü.
– Madam hәlә qayıtmayıb. O, dostlarıyla teatra gedib.
– Sizi oyatmadım ki?
– Yox, ser, miss Maynotla şahmat oynayırdıq. Miss Maynotla
danışmaq istәmirsiniz? Uşaqlardan hal-әhval tutmaq?
– Onlar, yәqin, yatırlar…
– Yatırlar, ser, saat onun yarısına kimi televizora baxdılar.
Miss Maynotla mәn ürәyiyumşaqlıq elәdik… Uolt Disneyin
filmini göstәrirdilәr, ser. Madama deyimmi gecә sizә zәng elәsin?
   328   329   330   331   332   333   334   335   336   337   338