Page 338 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 338
Ïàòðèê Ìîäèàíî

Daniel Rokrua öz karyerasına müharibәdәn әvvәl Parisdә başlamış,
sonralar gәnc vәkillәrin hazırlığına rәhbәrlik etmişdir. Vәtәndaş
hüququ üzrә tanınmış mütәxәssis olan Rokrua sәs-küylü mәhkәmә
proseslәrindә iştirak etmişdir. 1969-cu ildә c-b Rokrua vәzifә sә-
lahiyyәtlәrini aşmaqda tәqsirlәndirilәrәk, üç aylığına Paris vәkillәr
kollegiyasından xaric edilmişdi. C-b Rokrua Şuranın bu qәrarına
cavab olaraq yazdığı mәktubda öz istefası ilә bağlı elә sәrt
ifadәlәr işlәtmişdi ki, onun müvәqqәti kәnarlaşdırılması hökmü
hәmişәlik xaricedilmә ilә әvәzlәnmişdi.

50-ci illәrdә Daniel de Rokrua “vәkilliyin boheması” reputa-
siyasını qazanmışdı, o, gecә hәyatını sevirdi vә әn müxtәlif
adamların arasında dolaşırdı”.

Hoteli sәhәr tezdәn tәrk etdim. Hava dünәnki kimi bürkülü
deyildi, Hәmrәylik meydanına aparan yolun üstündәki tağların
altında hәzin meh әsdiyini hiss etdim. Bir xeyli belәcә dayanıb,
adamsız meydanı vә Yelisey düzәngahını seyr etdim. Bir az son-
ra küçәnin ortasıyla hәrәkәt edәn ağ lәkә gördüm, – bu velosipedçi
idi. Tennis kostyumu geymiş velosipedçi әllәrini ruldan buraxıb
sürürdü. O, mәni görmәdi, meydanı keçib, körpünün o üzündәki
sahil küçәsindә gözdәn itdi. O vә mәn – biz bu şәhәrin sonuncu
sakinlәriydik.

Aralı alaqapıdan Tüilri bağına girdim vә mәrkәzi xiyabandakı
skamyada әylәşib, havanın işıqlaşmasını gözlәmәyә başladım.
İns-cins gözә dәymirdi. Heykәllәrdәn savayı. Sәs-sәmir dә gәl-
mirdi. Yalnız fontanın suyu şırıldayır vә başımın üstündә, şabalıd
ağacının yarpaqları arasında quşlar cikkildәşirdi. Bürkülü ilğımın
dәrinliklәrindә yaşıl köşk gözә dәyir, uşaqlıqda oradan şirniyyat
alardım, indi köşk bağlanıb, ola bilsin, hәmişәlik.

İstәr-istәmәz Daniel de Rokrua haqqında düşünmәyә başladım.
Onun mәktubuna cavab vermәmişdim. İndi mәnә çox uzaq görü-
nәn o zamanlarda Parisdә yaşadığım illәrlә bağlı hәr şeyi unutmaq
   333   334   335   336   337   338   339   340   341   342   343