Page 337 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 337
Èòèðèëìèø äöíéà 337
Kitabınız әvvәldәn-axıra detektiv janrında yazılıb, ancaq bәzi
sәhifәlәri oxuyanda hiss olunur ki, bir az da sәy göstәrsәniz, cid-
di bәdii әsәrlәr yaza bilәrsiniz. İstәnilәn halda, siz alicәnablıqla
mәnim kimi zavallılara yuxusuz gecәlәri keçirmәyә kömәk edir-
siniz, bunun özü dә az iş deyil.
Mәnә elә gәlir ki, qәhrәmanınızın işlәdiyi şübhәli mühiti tәs-
vir edәrkәn, öz tәcrübәnizdәn yararlanmısınız. Mәsәlәn, yalnız
tünd-göy vә boz flaneldәn kostyumlar geyәn intiharçı vәkil…
onun müştәrilәri divanda uzanaraq qәbul etmәsi… Mәnim
davranışlarımın sizә bu qәdәr tәsir etdiyini bilmirdim. Deyәsәn,
mәn dә özümü hansısa yazıçıyla oturub-duran bәzi adamlar kimi
aparıram; bu adamlar әmindir ki, yazıçının kitablarındakı hadisәlәr
onların hәyatından götürülüb, burada özlәrini tanıyırlar. Yәqin
ki, Paris vә hәlә Embrouz Qayz olmadığınız vaxtlarda burada ta-
nıdığınız adamlar haqqında mәndәn aldığınız xәbәrlәr xoşunuza
gәlmәyәcәk. Narahat olmayın: sizin ilk addımlarınızın şahidi ol-
muş adamlar yavaş-yavaş yox olacaqlar. Siz onları tanıyanda
çox gәnc idiniz, amma indi onların hәyatının qürub çağıdır.
Mәn hәlә sizin romanınızdakı vәkil kimi öz hәyatıma qәsd
etmәk fikrindә deyilәm, ancaq bu fikrә düşsәm, birinci sizә
xәbәr verәcәyәm.
İndi isә Embrouz Qayza bol-bol uğurlar vә xoşbәxtlik
arzulayıram.
Rokrua”.
Ancaq sonra ondan xәbәr çıxmadı. Beş il sonra Londonda,
Monrelye-skverin yaxınlığındakı kitab mağazasında (burada fran-
sız jurnallarına gözucu baxmaqdan özümü saxlaya bilmirdim)
satılan axşam qәzetlәrindәn birindә bir mәqalә oxudum. Hәmin
mәqalә dә konvertdәydi:
“Paris mәhkәmәsinin keçmiş vәkili cәnab Daniel de Rokrua
dünәn axşam özünün Parisdәki mәnzilindә intihar etmişdir. Cәnab