Page 341 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 341
Èòèðèëìèø äöíéà 341

– Elә isә, imkan varsa, bu gün gәlin. Bütün günü evdә olaca-
ğam. Sizә hansı saatda gәlmәk rahatdır?

– Günün ikinci yarısında gәlsәm necәdir?
– İkinci yarısında? Lap әla. İstәdiyiniz vaxt gәlә bilәrsiniz…
Sizi gözlәyәcәyәm.
– Onda saat beşә qalmış gәlәrәm. Sizi görmәk doğrudan da
xoş olacaq.
– Mәnә dә, Jan… daha doğrusu, müsyö Embrouz Qayz.
Onun sәsindә sәmimi notlar yarandı, yoxsa, mәnә elә gәlir?
İstiydi deyә metroyla getmәyә qәrar verdim. Avtomatik kom-
posteri görüncә karıxdım, amma sonra özümә gәlib, digәr
sәrnişinlәr kimi biletimi komposterin kiçik yarığına yerlәşdirdim.
Keçidlәrdә iyirmi il әvvәlin qoxuları hәlә dә qalırdı. Amma
qatar sәssiz hәrәkәt edirdi. Ritmik uğultu yox olmuşdu, hәr dәfә
sәrnişinlәri qapı şüşәlәrinin üstünә itәlәyәn tәkanlar da yoxdu.
Əksәr stansiyaların zahiri görkәmi dәyişilmişdi. Amma bәzi stan-
siyalar sanki yaddan çıxmışdı, hәlә dә minalanmış kiçik plitәlәr,
reklam şitlәrinin qızılı rәngli oymalı çәrçivәlәri, tünd-qırmızı
nazik skamyalar gözә dәyirdi. Bu skamyalarda oturub gözlәyәnlәr,
bәlkә, elә iyirmi ildir ki, heç yerlәrindәn qalxmayıblar. Növbәti
stansiya mәni bugünkü günә qaytardı.
Kursel küçәsinin gün düşmәyәn tәrәfilә 45 nömrәli evә doğru
addımladım. Alaqapının önündә mübhәm bir narahatlıq vücudumu
sardı vә mәn binanın Monso küçәsinin tinindәki rotondoyla
qurtaran fasadı boyu gәzişmәyә başladım. İri pәncәrәlәri vә
eyvanları olan böyük fasad әvvәlkindәn ağ görünürdü, yәqin mәn
gedәndәn sonra onu tәmizlәmişdilәr. İkinci mәrtәbәdәki rotondanın
bәnd qapıları örtülü idi. Qarşı tәrәfdә çin paqodası yüksәlirdi.
Vaxtilә Rokruanın kabinetinin pәncәrәsindәn sәmanın gözәl
toranlığı fonunda paqodanın görünüşünә baxıb, hәzz alardım.
   336   337   338   339   340   341   342   343   344   345   346