Page 344 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 344
Ïàòðèê Ìîäèàíî
– İstәyirәm ki, bilәsiniz, Jan… O, hәyatına son verәndә çox
rahat idi... – Bu sözlәri çox aydın tәlәffüz etdi, sanki mәni inan-
dırmağa çalışırdı. – O, sadәcә hәyatın hәr üzünü görmüşdü. Ya-
şamalı nә varsa, yaşamışdı… Özü dә, dolu-dolu yaşamışdı…
Başa düşürsünüz?
– Başa düşürәm.
– Elә bil bir az yaponlara oxşayırdı…
O, düz gözlәrimin içinә baxırdı, ancaq mәni görürdümü, bunu
bilmirәm… Rokrua, doğrudan da, yaponlara çәkmişdi – әgәr bu
ifadәnin arxasında mәlum soyuqqanlılıq, özünәmәxsus tәrzdә si-
qaret çәkmәk manerası nәzәrdә tutulursa. Siqaretin külünü silkmәk
üçün bilәyini xüsusi әdayla hәrәkәt etdirirdi… Doğrusu, bir vaxt
ondan bu әdanı öyrәnmәyә çalışırdım…
– Bu barәdә danışmaq çәtindir… Ancaq Rokruanı daha yaxşı
tanımaq üçün bilmәliyik ki, o bir yox, bir neçә hәyatı eyni vaxt-
da yaşayıb.
– Mәnә elә gәlir, onun hәyatında elә şeylәr olub ki, biz onları
heç vaxt bilmәyәcәyik, – dedim.
– Mәn dә elә onu düşünürdüm… Elә bil fikrimi oxudunuz…
Yәqin, mәnim stәkanımdan içdiyinizә görәdir…
Gözucu otağa göz gәzdirdim. Otaq da dәyişilmәmişdi –
hәminki açıq-yaşıl qapı panellәri, tünd-qırmızı mәxmәrdәn ağır
pәrdәlәr, panelә bәrkidilmiş taxta stellajlar. Bu qәfәsәlәrdә yalnız
detektiv romanlar gözә dәyirdi: “Maska” komikslәrinin sarı üz
qabığı, “Qara seriya”, ingilis, amerikan detektivlәri… Rokrua bu
kitablardan tez-tez mәnә oxumağa verәrdi. Onda ağlıma da
gәlmәzdi ki, haçansa bu rәflәrdә mәnim kitablarım da yer ala-
caq… O, bu otağı iş kabineti adlandırsa da, burada yazı masası
yox idi. Rokrua öz müştәrilәrini ayaq üstә, ya da elә divanda
uzanılı halda qәbul edirdi. Özü dә, ayaq üstә olanda, hәmişә eyni
yerdә dayanırdı – rotondanın Kursel küçәsinә vә Rembrandt