Page 348 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 348
Ïàòðèê Ìîäèàíî

Küçәyә çıxanda, artıq şәr qarışmışdı. Qırmızı silueti tünd-göy
sәmanın fonunda güclә sezilәn paqodaya baxdım. Ondan bir az
aralıda, adamsız qalan Osman bulvarını keçib gedәrkәn bir
velosipedçi mәni ötdü. O, pedalı fırlatmadan Kursel küçәsinin
enişi ilә şütüyüb getdi.

O qәdәr isti, bürkülü idi ki, mәnzildәn bayıra çıxmağıma
peşman oldum. Amma istәsәm, sabah tezdәn… Əlimlә cibimdәki
açarı yoxladım.

Yelisey düzündәki Ron-Puen meydanında, fontanın yanında
ayaq saxladım. Fontanın әtrafındakı dәmir oturacaqlarda turistlәr
әylәşmişdilәr. İndi mәn dә onlar kimi bu şәhәrdә yad adam idim.
Artıq mәni bu şәhәrә heç nә bağlamır. Mәnim hәyatım şәhәrin
bu küçәlәri, evlәrinin fasadı ilә uyuşmur. Hansısa yolayrıcının vә
ya telefon nömrәsinin doğurduğu xatirәlәr isә başqa insanın
hәyatına aiddir. Elә bu yerlәr dә hәminki yerlәr deyil. Ron-Pueni
götürәk, mәgәr bu bir dәfә axşamüstü Rokrua ilә gәzişdiyim
hәmin küçәdirmi? Bu axşam bu küçә bambaşqadır. Fontanın
önündә dayanmışdım, birdәn-birә içimdә böyük bir boşluq hiss
etmәyә başlamışdım.

Bağa girdim vә Yelisey pavilyonunun yanından keçәrkәn,
yuxarı, bürünc Kupidonun olduğu qüllәyә baxdım. Pәncәrәlәrin
heç birindәn işıq gәlmirdi. Villa tәrk edilmişdi. Pas atmış dәmir
şәbәkәlәrin vә hәr yanı basmış kol-kosun arasından belә evlәri
çox görmәk olardı. Qaranlıqda üzünә ay işığı düşәn Kupidon o
qәdәr vahimәli, iztirablı tәsir bağışlayırdı ki, adamın qanı donur,
tilsimlәnmiş kimi olurdu. Kupidon haçansa yaşadığım Parisin
bir parçası idi.

Hәmrәylik meydanında yaraşıqlı turist avtobusları katafalk
kimi yavaş-yavaş hәrәkәt edirdilәr. Fәnәrlәrin gur işığı vә
rәngbәrәng fontan suları gözlәrimi qamaşdırdı. Sağ tәrәfdә
Tüilrinin bәzәkli mәhәccәrinin üstünә kölgә düşdü – bu, çay
   343   344   345   346   347   348   349   350   351   352   353