Page 350 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 350
Ïàòðèê Ìîäèàíî

nәsә bağırdı vә islanmış sәrnişinlәr xәcalәtli adamlar kimi başlarını
aşağı salıb, öz yerlәrinә qayıtdılar. Avtobus yavaş-yavaş Opera
meydanına doğru yol aldı. Yağış kәsdi. Sәrin meh әsdi vә Parisә
gәldiyim vaxtdan bu yana ilk dәfә özümü yaxşı hiss etmәyә
başladım.

Sarıya çalan qovluqda mavi rәngli başqa bir qovluq da vardı.
Qovluğu açıb gördüm ki, makinada yazılmış yüz sәhifәyә yaxın
mәtndir. Papiros kağızında çap olunmuş sәhifәlәr bir-birinә qıs-
qaclarla bәrkidilmişdi. Sәhifәlәri gözdәn keçirdikcә tanış adlara
rast gәlmәyә başladım. “Burada xeyli tәfәrrüatlar görәcәksiniz”,
– Qita Vatye demişdi. Artıq buna şübhәm yox idi. Bu sәhifәlәri
böyük maraqla, tәkrar-tәkrar oxuyacağam. Kefim istәyәn qәdәr
vaxtım var. Qovluğu gecә stolunun üstünә qoydum.

Hәr tağın altında fәnәrlәr yandırılmışdı. Fәnәrlәri sayır, sanki
tәsbeh çevirirdim. Kastilyone küçәsinin yaş asfaltında vә yağışın
qarşı tәrәfdәki ingilis aptekinin yanında qoyub getdiyi gölmәçәdә
işıqlar әks olunurdu. İşıqforun yaşıl vә qırmızı işartıları, fәnәrlәrin
işığı vә bu gec saatlarda hәlә açıq olan aptekin alışıb-yanan
reklam lövhәsi. Mәn isә gözlәyirdim, sanki indicә bu gölmәçәdәn
vә yaş sәkilәrdәn nәsә çıxacaq. Suzanbağı. Quru qurbağası. Köh-
nә qeyd kitabçasının sәhifәlәri. Soluxmuş sәhifәlәr. Yüz sәhifә
papiros kağızı. Paslı qısqaclar.

Klosterә dәrhal gedә bilmәyәcәyәm. Arvadım mәni başa
düşәr, o hәr şeyi başa düşür.

Günortadan sonra, saat beşdә qovluğu qoltuğuma vurub,
hoteldәn çıxdım. Hava dünәnki kimi bürkülü idi, ancaq qәzetdә
oxumuşdum ki, axşam yenә yağış yağacaq vә bu, mәni bir qәdәr
rahatladırdı.

Tağların altından keçәrkәn fikirlәşdim ki, Kastilyone küçәsindәki
hoteldә qalmaq fikri hardan ağlıma gәldi axı? Bir az fikirlәşdikdәn
sonra, bunun sadә izahını tapdım: Parislә görüşdәn çox qorxduğum
   345   346   347   348   349   350   351   352   353   354   355