Page 346 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 346
Ïàòðèê Ìîäèàíî
karyerasına ziyan vurur, ancaq özünü hәmişә ağıllı aparmaq çox
darıxdırıcıdır.
– Əla fotodur, – dedim.
– Bu, onun әn çox xoşladığım fotosudur…
O, yataq otağındakı başqa bir qapını açıb, işığı yandırdı. Biz
bütün divarlarına qovluqlar düzülmüş kiçik otağa girdik. Boz
mәrmәr buxarının üstünә dә bir qalaq qovluq qoyulmuşdu. Qita
onları bir-bir gözdәn keçirib, nәhayәt, açıq-mixәyi rәngli kartondan
olan qovluğu әlinә götürdü.
– Budur… Baxın…
Karton qovluğun üzәrindә Rokruanın yayğın xәttilә yazılmışdı:
“Mümkün olsa, Jan Dekkerә çatdırın”.
– Doğrusu, çox tәsirlәndim…
O, otağın ortasında hәrәkәtsiz dayanmışdı.
– Onun bütün arxivi buradadır… Qovluqları bu rәflәrdә
yerbәyer etmişәm…
Qonaq otağından keçib, yenidәn rotondalı kabinetә gәldik.
Qovluğu әlimdәn qoymurdum.
– De Rokrua deyirdi ki, bu sizә maraqlı olacaq, axı siz detek-
tiv romanlar yazırsınız… Siz burada xeyli maraqlı tәfәrrüatlar
görәcәksiniz…
– Tәfәrrüatlar?..
– Hә dә, tanıdığınız adamların hәyatından tәfәrrüatlar…
Əvvәlcәdәn demәk istәmirәm, özünüz görsәniz yaxşıdır… Mәnim
üçünsә keçmiş – keçmişdir, onu qurdalamağı sevmirәm…
O, divanın kәnarına әylәşdi, stәkana portağal şirәsi töküb,
mәnә uzatdı.
– De Rokrua bu dosyeni sizә göndәrmәk istәyirdi, amma onu
sizin Londondakı nәşriyyatınıza göndәrmәyә ürәk elәmirdi.
Karton qovluğu dәrhal açmaq istәyirdim, amma indi açsam,
onun yanında nәzakәtsizlik etmiş olardım.