Page 343 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 343
Èòèðèëìèø äöíéà 343

şәrf dolamışdı. Yox, o dәyişilmәmişdi: hәmin iri, işıqlı, azacıq
domba gözlәr, iyirmi il әvvәl olduğundan daha qısa vurulmuş
bәyaz saçlar.

– Heç dәyişmәmisiniz…
O, çiyinlәrini çәkdi.
– Sadәcә könlümü xoş etmәk istәyirsiniz. Əylәşin…
O, yaşıl mәxmәrlә üzlәnmiş yumşaq kreslonu göstәrdi, özü
isә әvvәllәr Rokruanın çox xoşladığı divanın kәnarına әylәşdi.
– Bura bir az qaranlıqdır, ancaq mәnim istiyә dözümüm yox-
dur… Parisdә çox qalacaqsınız?
O, tez-tez gözlәrini qıyıb, üzümә zillәnirdi.
– Siz dә dәyişmәmisiniz… Əvvәlki kimi cavansınız… Bәlkә
dә, toranlıq aldadır… – O gülümsәdi. – Nәsә içmәk istәyirsiniz?
Tutalım, portağal şirәsi?
O әyilib divanın ayağının yanına qoyulmuş gümüş sinidәn
stәkan götürdü vә içki şüşәsinin boğazını stәkanın kәnarına
dayayıb, köpüklü narıncı maye süzdü.
– Buyurun… Mәn dә bu stәkandan içmişәm, iyrәnmirsәn ki?
– Əksinә, xoşdur.
– Yenә dә iltifatlı, әdәblisiniz…
Portağal şirәsindәn bir qurtum içdim. Söhbәtә başlamaq üçün
söz tapmırdım.
– Mәnә zәng elәmәk hardan ağlınıza gәldi?
– Yolum Parisdәn düşdü… İyirmi ildir buralarda olmamışdım…
– Yaxşı ki, zәng elәmisiniz.
Onun sәsindәki ciddiyyәt mәni tәәccüblәndirdi.
– De Rokrua sizi çox istәyirdi… Siz ilk romanlarınızı nәşr
etdirәndә heç tәәccüblәnmәdi… O, sizin buna bәnzәr bir işlә
mәşğul olacağınızı bilirdi…
– Heyif ki, onunla bir daha görüşә bilmәdim.
Onun sifәti әyildi.
   338   339   340   341   342   343   344   345   346   347   348