Page 349 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 349
Èòèðèëìèø äöíéà 349

tramvayının kölgәsi idi. Onun projektorları Yelisey düzәngahının
o tәrәfindәki ağacları belә işıqlandırırdı – deyәsәn, bu ölü şәhәrdә
nümayiş etdirilәn “sәs vә işıq” tamaşasının yeganә tamaşaçısı
mәn idim. Doğrudan da, görәsәn, bu avtobuslarda, çay tramvayının
göyәrtәsindә sәrnişinlәr vardımı?

Tüilri bağının üstündә çaxan şimşәk sәmanı bir anlığa işıq-
landırdı vә ardınca uzaq göy gurultusu eşidildi. Qitanın verdiyi
qovluğu pencәyimin altına qoyub, skamyaya oturdum vә ilk ya-
ğış damcılarının düşmәyini gözlәdim.

Hotelin zalında portye mәnә bir mavi konvert verdi, içindәki
mәktubdan oxudum ki, arvadım mәnә zәng edibmiş. O, uşaqları
da götürüb, danışdığımız vaxtı gözlәmәdәn Klostersә yola düşüb.
Klostersә sәhәr tezdәn çatacaqlar. Arvadım mәnim birbaşa oraya
getmәyimi xahiş edir.

– Müsyö… – Potrye sanki mәnim cinayәt ortağım imiş kimi
qәribә bir әdasıyla gülümsündü, – Parisdә tәksinizsә…

O, dünәn axşam verdiyi karta bәnzәr qırmızı bir kart verdi.
– Bu kart böyük imkanlar açır… Bütün istәklәriniz yerinә
yetirilәcәk… Zәng etmәyiniz kifayәtdir….
Karta baxdım. Üstündә qara hәrflәrlә Xeyuordun adı yazılmışdı.
Xeyuord.
Şüşәli qapını taybatay açıb, eyvana yaxın oturdum. Yağış elә
yağırdı, elә bil musson yağışıdır. Qarşı tәrәfdәki sәkidә yasәmәni-
yaşıl bir avtobus dayandı, onun yan tәrәfindә tanış yazını gördüm:
DE GROTE REISEN. ANTWERPEN. Bir an sonra sәrnişinlәr
yerә tökülüşdü – elә bil yağış onları coşdurmuşdu, özü dә bu
coşqu get-gedә artırdı. Nәhayәt, küçәnin ortasında әl-әlә verib,
rәqs etmәyә, xorla mahnı oxumağa başladılar. Bәzilәri alabәzәk
köynәklәrini çıxarıb, bellәrinә bağlamışdı vә belәcә yarımçılpaq
halda yağışın altında fırlanırdılar. Avtobusun pillәkәnindә stüard
forması geymiş sarışın oğlan göründü. O, әlindәki mikrofona
   344   345   346   347   348   349   350   351   352   353   354