Page 355 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 355
Èòèðèëìèø äöíéà 355

mәşğul olur. Müsyö Farmerin özü isә deyirdi ki, Parisdә şәkil
qalereyası var, burada şәkil vә antikvar mebel satır.

Bilirdim ki, Yelisey düzündәki 76 nömrәli evdә, “Lido” tağ-
larının altında onun kontoru var, çünki bir neçә dәfә mәnә orada
görüş tәyin etmişdi. Bunun qara bazar kontoru olduğunu bilmirdim.
O, orada hәmişә tәk olurdu, ona görә dә kontor tәrk edilmiş kimi
görünürdü.

Bir sözlә, demәk istәyirәm ki, müsyö Farmerlә sırf şәxsi mü-
nasibәtlәrimiz vardı vә onun işlәri barәdә sizә başqa mәlumatlar
verә bilmәrәm”.

Digәr mavi qovluğun üzәrindә Rokruanın xәttilә mәnim adım
yazılmışdı – Jan Dekker. Qovluqda makinada yazılmış bir neçә
vәrәq vardı.

“Çıxarış
5 iyul, 1965-ci il
Əmәliyyat polisi
Əxlaq polisi briqadası
Jan Dekker
1945-ci il, iyulun 25-dә Bulon-Biyankurda doğulub, Sena de-
partamenti.
Ev ünvanı – 1965-ci il, 11 aprel tarixindәn Paris (XVII dairә),
Truayon küçәsi, 1-bis, “Triumf” hoteli.
Mehmanxanalarda Jan Dekkerin adına iki qeydiyyat kartı
aşkarlanmışdır. Kartlar cari ilin iyun ayında doldurulub:
1965-ci il, 7 iyun, “Pti-Rits hotel-restoranı. On bir noyabr
küçәsi 68, La-Varen-Sent-İler (Sena vә Marna departamenti)
1965-ci il, 28 iyun, “Malakof” hoteli, Raymon Puankare, 3,
Paris (XVI dairә), burada o, ev ünvanını da göstәrmişdir – Roden
küçәsi, 2 (XVI dairә).
“Pti-Rits” hotelindә vә “Malakof” hotelindә onunla birgә iyir-
mi yaşlarında, ortaboylu, qarabuğdayı bir qız da olub. Onun
   350   351   352   353   354   355   356   357   358   359   360