Page 360 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 360
Ïàòðèê Ìîäèàíî
Demәli, Valenteni tanıyır… Ancaq mәnim dә hәmin hoteldә
qaldığımı bilmir… Ola bilsin, iki-üç dәfә mәni Mayo ilә görüb,
özünün dә yaxşı göz yaddaşı var. Mәnim haqqımda, demәk olar,
heç nә bilmirsә, ona heç nә danışası deyilәm. “Kartlarını heç
vaxt açma” – Alber Valenten belә deyәrdi.
– Sizi düzgün anladımsa, – ondan soruşdum, – siz hәlә dә
kinoda çalışırsınız?
Yenә çiyinlәrini çәkdi.
– Hardasa işlәyib pul qazanmaq lazımdır, ya yox…
Əlimlә rejissorun başda oturduğu stola işarә etdim. Dәqiqәbaşı
çәkiliş qrupundan kimsә ehtiramla ona sarı әyilir, o isә tәşәxxüs
sata-sata dırnağını gәmirirdi.
– Yaxşı rejissordur?
– Yaxşı, pis – mәnim üçün hamısı birdir… Mәn öz işimi
görürәm...
– Bәs siz özünüz, Mayoyla necә tanış olmusunuz?
Çöhrәsi birdәn-birә işıqlandı.
– Çәkiliş meydançasında… Min doqquz yüz әlli beşinci ildә.
O, özünün sonuncu filminә çәkilirdi… Onda on sәkkiz yaşım
vardı, rekvizitor işlәyirdim…
– Mәn onunla tanış olanda isә, artıq çoxdan filmlәrә çәkilirdi…
– Əslindә bu işi xoşlamazdı. Tәsadüfәn aktyor olmuşdu,
amma çәkilişlәrdәn xoşu gәlmirdi… – Karpantyeri yorğun
baxışlarla terrasdakı stolları süzdü. – Bu günәmuzdlularla onun
nә ortaqlığı ola bilәrdi ki?..
Karpantyeriyә diqqәtlә baxa-baxa yaddaşımı әlәk-vәlәk elәdim,
ancaq әbәs yerә: şübhә yoxdu, onu yalnız Mayonun maşınının
sükanı arxasında xatırlayırdım. Bir dә dumanlı şәkildә onu
xatırlayırdım ki, deyәsәn, Mayo ona ayama da qoşmuşdu.
– O, sizi necәsә adlandırırdı… – Ehtiyatla sözә başladım.
– Tenten (populyar komiks qәhrәmanı). O vaxtlar yaraşıqlı
idim… Tentenә oxşayırdım…