Page 364 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 364
Ïàòðèê Ìîäèàíî

…Pәncәrәdәn onlara baxırdım. Qız üçüncü dәfәydi ki, yavaş
addımlarla pillәkәnә qalxır, dam örtüyünün altında qapını yum-
ruqlamağa başlayırdı. Qapı açılırdı vә saçlarına dәn düşmüş ağ
smokinqli kişi görünürdü.

– Onu görә bilәrәm? – Qız hәyәcanla soruşurdu.
– O, sizi gözlәyir.
Ağ smokinq geymiş kişi qollarını geniş açıb, onu içәri dәvәt
edirdi. Qız nәdәnsә dala çәkilirdi.
– Mәni gözlәdiyinә әminsinizmi?
Bu mәqamda rejissor qışqırırdı: “Dayan, yenidәn!” – vә hәr
şey yenidәn başlayırdı. Sәslәri axşamın toranlığında elә gurultulu
çıxırdı ki, elә bil sәsgüclәndiricilәrdәn istifadә edirdilәr….
Paqodanın aşağı hissәsi gur işığa qәrq olmuşdu. Rejissorun
әtrafını sarmış kölgәlәrin arasında Tenten Karpantyerini tapmaq
istәyirdim, ancaq o, gözümә dәymirdi.
Tenten aşağıdan siluetimi görmәsin deyә kabinet-rotondanın
işığını söndürdüm. Ola bilsin, Rokruanın mәnzilini tanıyır, pәn-
cәrәdә mәnim fiqurumu görüncә bәzi şeylәri, o cümlәdәn dә, Jan
Dekker adlı birisinin varlığını xatırlaya bilәr. Doğrudur, dünәn
axşam mәnә konkret suallar vermәmişdi. Amma mәnim sifәtimi
dumanlı şәkildә yadına salmağından mәmnun idi. Əslindә onu
yalnız bir şey maraqlandırır – Jorj Mayo haqqında kiminlәsә
danışa bilmәk imkanı.
Mayo Rokruadan bir neçә ay әvvәl ölmüşdü. Onun ölümündәn
dә Londonda, Monpelye bağçasının yanındakı kiçik mağazada
(fransız qәzetlәrini burada gözdәn keçirirdim) xәbәr tutmuşdum.
Cәmisi on-on beş sәtirlik mәqalәydi. Redaksiya onun şәklini
vermәyi belә lazım bilmәmişdi. Vermәzdilәr dә, çünki Mayo
kinematoqrafiya ilә çoxdan üzülüşmüşdü. Mәqalәdә yazıldığına
görә, o, gecә saat üçdә Monten küçәsindә yerә yıxılıb, yoldan
ötәnlәrdәn kimsә ona kömәk etmәk istәyib vә “tәcili yardım”
   359   360   361   362   363   364   365   366   367   368   369