Page 369 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 369
Èòèðèëìèø äöíéà 369

“Lança” yavaş-yavaş sürәtini azaldaraq, Malzerb bulvarı ilә
irәlilәmәyә başladı.

– Bәzәn lap tısbağa yerişiylә gedir, – Karpantyeri dedi, –
onda onu ötüb keçirәm vә yaxınlıqdakı tindә gözlәyirәm.

Bulvarda heç kәs yox idi, bu, iyirmi illik aradan sonra aero-
portdan çıxıb, Parisin küçәlәrindәn keçәrkәn gördüyüm mәnzәrәni
xatırladırdı. Ağ “lança” binaların qaranlıq fasadı boyu hәrәkәt
etdikcә, o gün keçirdiyim kәdәrli hisslәri yenidәn yaşayırdım.
Maşın indi dә Kursel bulvarı ilә irәlilәyirdi.

– O, hәrdәn bax, orada… Monso parkının barısının yanında
dayanır… Görәk bu gün dә dayanacaqmı?

Yox. “Lança” Vaqram küçәsilә yoluna davam etdi.
– Birinci dәfә işıqforun qırmızı işığında onu az qala gözdәn
itirәcәkdim… Amma indi arxayınam… O, yolunu heç vaxt dәyişmir.
Biz artıq Truayon küçәsinә çatırıq. Doğrudanmı “lança”
Truayon küçәsindәki hotelin qarşısına gәlәcәk vә biz hamımız –
Jorj Mayo, Alber Valenten vә mәn hotelin hollunda qarşılaşacağıq?
Vә hәr şey yenidәn başlayacaq. Ancaq biz Truayon küçәsini dә
keçdik vә Ulduz meydanına gәldik.
– O, bәzәn meydanda bir neçә dövrә vurur, – Karpantyeri
dedi. – Sәbirli olmaq lazımdır... Bir dәfә onun arxasınca düz on
dörd dövrә vurmuşam…
O, “lança”dan on beş-iyimi metr arxada gedir, onların diqqәtini
çәkmәmәk üçün mәsafә saxlayırdı. Bu saatda Ulduz meydanında
dolaşan yalnız bizlәr idik. Nәhayәt, bu “lança”nın sükanı arxasında
kimsә var, ya yox, – deyә fikirlәşdim, çünki nә qәdәr diqqәtlә
baxsam da, maşını sürәn adamı görә bilmirdim.
– Onun bu maşında olduğuna әminsinizmi?
– Bu nә sözdür? Əlbәttә!
Artıq mәnә elә gәlirdi ki, bu, kabus-maşındır vә ölü Parisin
küçәlәrindә әbәdi dolaşmağa mәhkum edilib.
   364   365   366   367   368   369   370   371   372   373   374