Page 368 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 368
Ïàòðèê Ìîäèàíî

– Görürsünüz?.. O, hәlә hәminki yerindәdir…
Bizdәn on metr aralıda dayanmış “lança”nın bәyaz kuzovu
göz qamaşdırırdı.
– Nәyi gözlәyir, başa düşmürәm… Bir dәfә gecә kafedәn
çıxan bir qızı maşına mindirmişdi…
– Bәlkә, yenә hәmin qızı gözlәyir…
– Bәlkә dә…
– Bәs özü maşından çıxmır?
– Burada heç vaxt.
Bir az aralıda sәki boyunca o tәrәf-bu tәrәfә gәzişәn qızlar
“lança”ya yaxınlaşıb, yallı gedәn uşaqlar kimi maşının başına
fırlanmağa başladılar.
– Heç onlarla danışmamısınız?
– Yox, bir dәfә dә olsun danışmamışam.
– Niyә?
Karpantyeri cavab vermәk istәmәdi. O, qәfildәn radioqәbul-
edicinin düymәsini basdı vә efirdәki xışıltı sәslәrindәn güclә eşi-
dilәn orkestr musiqisi sәslәnmәyә başladı.
– Burada nә qәdәr gözlәyәcәyik?
– Hәlә gözlәmәk lazımdır.
O, әlinin arxasıyla çәnәsinin tәrini sildi vә mәnә siqaret
uzatdı.
– Sağ olun, lazım deyil.
– Mәn dә çәkmәk istәmirәm.
Qızlar maşından aralandılar.
– Aha… O gedir.
Karpantyeri “lança” Sez küçәsinә dönәnә kimi gözlәdi, yalnız
bundan sonra starteri basdı.
– Onu itirәcәyik, – dedim.
– Yox… yox… Onun marşrutunu әzbәr bilirәm…
   363   364   365   366   367   368   369   370   371   372   373