Page 365 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 365
Èòèðèëìèø äöíéà 365

çağırıb. O vaxtlar bir-birinin ardınca gәlәn bu ölüm xәbәrlәri
mәni duyuq salmamışdı. Elәcә dә Mayonun özündә güc tapıb,
ona kömәyә gәlәn adama pıçıldadığı sözlәr: “Zavallı dostum,
mәn qocalıram”.

Gecә saat birin yarısı. Aşağıdakılar artıq yupiterlәri söndürmüş-
dülәr vә indi öz rekvizitlәrini Kursel küçәsindәn bir az aralıda
saxladıqları maşına yüklәyirdilәr. Tәxminәn on dәqiqә gözlәyib,
pillәkәnlә aşağı endim. Evdәn çıxdığımı Tenten Karpantyerinin
görmәsini istәmirdim. Qapını açıb, küçәyә çıxdım. Çәkiliş
qrupunun üzvlәri paqodanın girişi önündә dayanmışdılar, mәni
görә bilmәzdilәr. Tәlәsik yolu adladım, burada üzümә qayğısız
ifadә verib, sәkiylә addımlamağa başladım.

Karpantyeri dünәn axşam oturduğumuz stolun arxasında
әylәşmişdi. Qolları çırmanmış mavi köynәk geymişdi. Sifәtini
tәr basmışdı. Mәni görüncә gülümsәdi. Onunla üzbәüz oturdum.

– Yaman istidir… Mәn axmaq isә… İki şüşә pivә içmişәm.
Cibindәn yaylıq çıxarıb, alnının tәrini sildi.
– Dedim, yәqin, gәlmәyәcәksiniz… Uzaqda qalırsınız?
– Kastilyone küçәsindәki hoteldә.
– Çox xoş oldu… Nәsә içәcәksiniz?
O, arxaya dönüb, gözlәrilә ofisiantı axtardı. Ancaq piştaxtanın
arxasında heç kәs gözә dәymirdi. Kafedә bizdәn başqa heç kim
yox idi.
– Deyәsәn, bizi yaddan çıxarıblar, ancaq eybi yoxdur…
Bürkü, sakitlik, adamsız kafe, neon lampalarının solğun işığı…
Bütün bunlar yuxu deyil ki?
– Mәnim pivәmi içә bilәrsiniz…
O, qarşısındakı yarıyacan içilmiş parçı göstәrdi, sifәtindәn
hәyәcanlı olduğu görünürdü, elә bil, mәnim qaçıb aradan çıxa
bilәcәyimdәn qorxurdu vә hәr vәchlә tutub saxlamağa çalışırdı.
– Yox, sağ olun.
   360   361   362   363   364   365   366   367   368   369   370